Şrift:
Oxumaq, oxumaq, yenə də oxumaq...
29.08.2012 [15:31] - Gündəm, Sağlıq
Oksford Universitetinin alimlərinin gəldikləri qənaətə görə, kitab oxumaq təkcə intellektual qabiliyyəti yaxşılaşdırmır, həm də psixi və fiziki sağlamlığa müsbət təsir edir. Bu barədə Rusiya KİV-ləri məlumat verir.
"İnsan oxuyarkən beynini məşq etdirir. Ciddi şəkildə kitab oxumağa aludə olmaq yalnız süjeti izləmək deyil, eyni zamanda, təxəyyülün gücləndirilmiş işidir. Əgər oxuduğumuz kitabın qəhrəmanları ilə bağlı maraqlı və ya yaxşı nəsə baş verirsə, onda həmin hal xəyalən bizdə də baş verir", - professor Con Steyn bildirir.
Kitab oxuyan adamların beyninin maqnit-rezonans analizi göstərib ki, qoxu, müxtəlif landşaftlar və ya dadlar haqqında oxuyan zaman beyində mənimsəməyə görə cavab verən sahələr insanın reallıqda bütün bunları hiss etdiyi kimi fəallaşır. Lakin bu effekt televizora baxanda və ya oyun oynayanda itir.
Alimlər hesab edirlər ki, erkən yaşlarda böyük və çətin kitabları oxumağa çalışmaq lazımdır. Bu zaman beyin səbəb-nəticə əlaqələrinin uzun zəncirini qurmağı öyrənir. Qeyd edilir ki, cəmi altı dəqiqə kitab oxumaq stressin səviyyəsini 2/3-yə qədər azalda bilər ki, bu da musiqi terapiyasından və ya sadəcə gəzintidən daha səmərəlidir.
Bu xəbər oxucular tərəfindən 1557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed