05.09.2019 [10:43] - Gündəm, Hadisə
Çinin Honkonq xüsusi inzibati bölgəsində baş verən iğtişaşlarla əlaqədar olaraq iyun ayından bəri 1140 şübhəli şəxs saxlanılıb.
Bu barədə Honkonq polisi məlumat yayıb. Bildirilir ki, adətən həftə sonu keçirilən qanunsuz aksiyalar şəhərdə asayişin pozulması, dövlətə və şəxsi əmlaka ziyan dəyməsi, şəhər nəqliyyatının fəaliyyətinin iflic olması, insanların gündəlik yaşayışına, sahibkarların işinə mənfi təsir göstərməsi, Çin Xalq Respublikasının və Honkonq hökumətinin dövlət rəmzlərinin təhqir edilməsi ilə müşayiət olunub.
Avqustun 31-də və sentyabrın 1-də keçirilmiş sonuncu qanunsuz aksiyalar zamanı polisə hücum etmək və müxtəlif silahlar saxlamaq ittihamı ilə 13-58 yaş arasında 159 nəfər saxlanılıb.
Polisin məlumatına əsasən, sentyabrın 2-də onlarla radikal şəxs Monq Kok polis şöbəsini mühasirəyə alaraq, binaya müxtəlif cisimlər atıblar. Polisin bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, aksiya iştirakçıları qanunsuz əməllərini davam etdiriblər. Nəticədə asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar. Bir neçə nəfər də məhz orada saxlanılıb. Əməliyyat zamanı iki polis əməkdaşı yaralanıb. İxtişaşların başladığı iyunun əvvəlindən bəri isə təxminən 200 polis əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Sonuncu iğtişaş zamanı neft məhsullarından kustar üsulla hazırlanan 100-dən çox partlayıcı-alışdırıcı bomba müsadirə olunub.
Şahin Cəfərov

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |