Şrift:
Qazaxıstan Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır - səfir
29.08.2012 [15:37] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstan Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.
"Qazaxıstan Azərbaycanla ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsində və ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasında maraqlıdır", - səfir deyib.
Primbetov həmçinin qeyd edib ki, Qazaxıstan və Azərbaycanın regional və beynəlxalq xarakterli aktual məsələlərin əksəriyyətində yaxın mövqeləri və maraqları var.
Avqustun 27-də Azərbaycan və Qazaxıstan diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd ediblər.
"Bu illər ərzində birgə səylərimiz sayəsində iki ölkənin qarşılıqlı iqtisadi və siyasi fəaliyyətinin bütün istiqamətləri üzrə nəzərəçarpacaq dərəcədə irəliləyiş olub", - Primbetov vurğulayıb.
Mətbuat konfransı zamanı Serik Primbetov Azərbaycanda Qazaxıstan səfirliyi ilə əməkdaşlıq edən jurnalistlərə təşəkkür məktubları təqdim edib.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed