Şrift:
Türkiyəli hərbçilər S-400-ün idarə olunmasını öyrənməyə başlayıblar
05.09.2019 [10:47] - Hərb
Türkiyəli hərbçilər Rusiyanın Qatçina şəhərində S-400 zenit-raket komplekslərinin idarə edilməsini öyrənməyə başlayıblar.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bir qədər əvvəl “Almaz-Antey” konserninin baş direktoru Yan Novikov Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin S-400 komplekslərinin idarə edilməsi üzrə hazırlığının yanvarın 2-də başa çatacağını bildirmişdi.

İyul ayında S-400 zenit-raket komplekslərin birinci batareyası Türkiyəyə gətirilib. Avqustun axırlarında isə ikinci batareyanın elementlərinin çatdırmasına başlanılıb.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş Türkiyə ilə ABŞ-ın münasibətlərində çatlar yaradıb. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı tələb edib. Əks-təqdirdə F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib. Ankara geri çəkilməyib və nəticədə Türkiyə F-35 proqramında iştirakdan kənarlaşdırılıb.

Uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed