30.08.2012 [09:56] - Gündəm, Sosial
Bakı Metropoliteni sentyabrın 17-dən etibarən yeni iş sistemində fəaliyyət göstərəcəkdir.
Metropolitenin mətbuat xidmətindən bildirmişlər ki, həmin tarixdən etibarən qatarların hərəkəti qış cədvəlinə keçiləcəkdir. Əgər hazırda metroda qatarlar arasındakı interval 2,5 dəqiqədirsə, qış cədvəlinə keçidlə əlaqədar bu say azalacaqdır. Buna görə də metroda hərəkət edən qatarların sayı daha da artırılacaqdır.
Yeni cədvələ keçid sentyabrın 15-dən Azərbaycanda yeni tədris ilinin başlanması ilə bağlıdır. Belə ki, tədris ilinin başlanması ilə əlaqədar metroda sərnişin sıxlığı müşahidə olunduğundan bu dövrdə yeni hərəkət cədvəlinə keçilir.

Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |