Şrift:
ARDNŞ quruda yeni qaz quyusunu istismara verib
30.08.2012 [11:12] - Xəbərlər, İqtisadiyyat
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) "Qaradağ quru yatağında" yeni qaz quyusunu istismara verib. Bu barədə ARDNŞ-in cümə axşamı yaydığı məlumatda deyilir.
3355-3324 metr dərinlikdə quyu sutkada 150 min kubmetr qaz verir.
Quyu Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə həyata keçirilib. İdarənin balansında Qaradağ və Qalmaz iki yeraltı qaz anbarı var.
ARDNŞ-in tərkibinə "Azneft" İstehsalat Birliyi (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərkimya" İstehsalat Birliyi (kimya sənayesi müəssisəsi), "Azəriqaz" İstehsalat Birliyi (qazpaylayıcı) daxildir.
Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed