Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə edilib
07.09.2019 [11:52] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

DQDK-dan verilən məlumata görə, COJEP-in Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa İttifaqı ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleşin daxil olduğu nümayəndə heyətinə DİDK-nın fəaliyyəti haqqında məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyənin strateji münasibətlərindən və hər iki ölkə diasporunun birgə fəaliyyətindən bəhs olunub. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi ilə COJEP arasında qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu əməkdaşlıq Azərbaycan diasporunun beynəlxalq qurumlara çıxışının təmin edilməsinə və mövqelərinin güclənməsinə öz töhfəsini verə bilər.

Sonda tezliklə birgə fəaliyyətin yol xəritəsinin hazırlanaraq tərəflərin müzakirəsinə verilməsinə dair qərar qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed