Şrift:
Ən azı ilk doqquz ayda uşağa ayaqqabı geyindirmək lazım deyil
07.09.2019 [11:54] - Sağlıq
Yeni doğulan körpəyə ayaqqabı geyindirmək yalnız estetik cəhətdən gözəl görünə bilər. Lakin seçimə diqqətlə yanaşmaq lazımdır ki, körpənin hələ formalaşmaqda olan ayaqları sıxılmasın və əzilməsin. Bu, həkimlərin mövqeyidir.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a verdiyi məlumata görə, körpələri vaxtından tez yeritməyə çalışmaq onların onurğa və ayaqlarına mənfi təsir göstərir: “Bəzən 1, bəzən 1,2, bəzən də 1, 6 aylığında körpə tamam sərbəst gəzəndən sonra ona ayaqqabı geyindirmək məsləhət görülür. Bu, həm uşağın ayağını soyuqdan, həm zədələrdən qoruyacaq, həm də düzgün yerimək vaxtı ayaqqabı ona kömək edə bilər. Çox ağır ayaqqabıları körpə uşaqlara geyindirmək lazım deyil. Ortopedik ayaqqabıları isə yalnız mütəxəssis məsləhəti əsasında geyindirmək olar”.

Mütəxəssislər deyirlər ki, körpə nə qədər tez ayaqyalın gəzməyə başlasa, bir o qədər yaxşıdır. Ən azı ilk doqquz ayda uşağa ayaqqabı geyindirmək lazım deyil. Ayağın aktiv şəkildə formalaşması uşağın ilk addımları ilə başlayır və birinci sinfə getməsi ilə başa çatır. Ona görə də uşağın yeriməyə başlamasından 7 yaşına qədərki dövr olduqca vacibdir.

Həkim-pediatr deyib: “Uşağı nəm və soyuq qumun üstündə gəzdirmək təbii ki, məsləhət deyil. Çimərlikdə şüşə qırıntıları olmayan qatı qum üzərində gəzdirmək və oturtmaq isə çox faydalıdır”.

Bununla yanaşı məktəb yaşına çatmamış uşaqlar üçün normal hesab edilən fizioloji ayaq yastığına qalib gəlmək üçün qeyri-bərabər səthdə yeriyən zaman həmişə pəncəni yükləmək lazımdır. Bu isə o deməkdir ki, əsas təzyiq dabana yox, pəncəyə verilməlidir. Bu, əzələləri işləməyə məcbur edəcək, daban sümüyünü bərkidəcək və onun düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed