Şrift:
Ankara Türkiyənin Baş nazirinin Azərbaycana səfər edəcəyini təsdiqləyib
30.08.2012 [11:32] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 11-12-də Bakıya səfər edəcək. Bu barədə Türkiyə hökumətin mətbuat xidmətindən məlumat verilib.
Ərdoğan Azərbaycan-Türkiyə Birgə Əməkdaşlıq Şurasının icalsında iştirak edəcək, Prezident İlham Əliyev və başqa rəsmi şəxslərlə görüşəcək.
Daha sonra Ərdoğan Ukraynaya səfər edəcək. Orada Prezident Viktor Yanukoviçlə görüşəcək və Ukrayna-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Ukrayna səfərindən sonra Ərdoğan Bosniya və Hersoqovinə gedəcək.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed