Şrift:
Tbilisidə etiraz aksiyasında qarşıdurma baş verib, 3 nəfər saxlanılıb
09.09.2019 [10:44] - Hadisə
Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.
Aksiya təşkilatçısı olan “Ayıbdır” hərəkatının üzvləri və "Vətənpərvərlər Alyansı Partiyası"nın tərəfdarları arasında qarşıdurma baş verib.
Polis insidentə müdaxilə etməli olub və üç nəfəri saxlayıb. Həmin şəxslər polisə tabe olmaqdan imtina ediblər.
Qeyd edək ki, “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları səhər saatlarında parlament ətrafında aksiya keçirirlər. Onlar Gürcüstan hökumətinin yeni tərkibinə etiraz edirlər.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed