Şrift:
Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunub
30.08.2012 [11:37] - Gündəm, Sosial
Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunub. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, işçilərlə əmək müqaviləsinin bağlanması ilə bağlı müəyyən problemlər var.
"Azərbaycanda bir çox sahələrdə, xüsusən tikintidə, iaşə və xidmət sektorunda işə götürülənlərlə əmək müqavilələri bilərəkdən bağlanılmır. Ya işçilər müvəqqəti işə götürülür, ya da işə götürülərkən onlarla əmək müqaviləsi bağlanılmır, bu işçilərə əmək haqqlarının çox hissəsi qeyri-rəsmi ödənilir. Həmin şəxslər sosial sığortaya cəlb olunmur. Bu da sosial sığorta işinin təşkilinə, inkişafına mane olur, həm də həmin şəxslərin pensiya yaşına çatanda normal pensiya almasına problem yaradır", komitənin sədr müavini deyib.
Quliyevin sözlərinə görə, bu problemlərin həlli məqsədilə Əmək Məcəlləsində müavafiq dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.
Quliyev parlamentin payız sesiyasında "Sosial sifariş haqqında" qanun layihəsinin də müzakirəyə çıxarılacağını deyib.
Qanun layihəsi QHT-lərin hökumətin fəaliyyətində aktiv iştirakına imkan yaradır.
"Hökumətin müəyyən sosial layihələrini tender yolu ilə QHT-lərə vermək olar. Bunun hüquqi əsaslarını yaratmaqdan ötrü qanun layihəsi hazırlanıb", o deyib.
Quliyev bildirib ki, adıçəkilən qanun layihələri ilə yanaşı "Repraduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsi də parlamentin payız sessiyasının müzakirəsinə təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 1367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed