30.08.2012 [12:11] - Gündəm, DAVAMın yazıları
Mənsurə Qaçayqızı: "BELƏ OLMAMLIDI..."
Cəmiyyətdə baş verən hər bir hadisənin yaxşı və müsbət çalarları, öz rəngləri ilə heç də bizdən yan ötmür. Yetər ki, bu rəngləri görə, dəyərləndirə biləsən. Hər bir hadisənin yaxşı və pis tərəflərini görəsən.
Bu gün şoularla dolu efir məkanında, televiziya kanallarında az verlişlər var ki, tamaşaçını öz əhatə dairəsinə salmağı bacarıb. Tamaşaçını ekran qarşısında əyləşdirməyi bacarır, məni sonuna kimi izlə deyir. Artıq adamları aldatmaq o qədər də asan deyil. Burda bizim televizya əməkdaşlarının üzərinə düşən yükün böyüklüyü, güclərinin isə kiçikliyi göz önündədi. Günün bir-iki saatını sərf etmək yetər ki, televiziyalarımızın hansı səviyyədə olduğunu görəsən. . Tamaşaçı daha yeni, özünə, problemlərinin həllinə yaxın olan verlişlərin axtarışındadı. Axtarış demişkən yadıma ATV kanalında yayımlanan “Səni axtarıram” verlişi düşdü. Reklamı efirdən düşməyən, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən, az qala evlərdə yas mərasimi qədər adam ağladacaq verliş... Serial xəstəsi olan xanımların yeni müzakirə mövzusu...
Səni axtarıram... Əcəb eliyirsəz. Axtar. Amma olmaz ki, insanı yaxşı bir işdən ötrü axtaralar?! Amma nə edək ki, qismət beləmyiş. Bəzən belə də olur... Avamlıqdanmı, nadanlıqdanmı, ya nədənsə...
Sən itməlisən və səni kimsə tapıb gətirməlidi. Əslində bu evindən, elindən, obasından, yaxınlarından qaçıb getməkdi. Bir-birindən ayrı düşmüş insanları qovuşdurmaq gözəl işdi. Burda Xoşqədəm xanımın və onun komandasının əmyini danmaq olmaz. Böyük və məsuliyyətli yolda Allah yardımçıları olsun.
Adam evdən çıxıb gedir, ola bilər. Adamın qayıtmağa pulu olmur, ola bilər. Adam yaxınlarından küsür, ola bilər. Adamın başına iş gəlir, ola bilər. Adam gedir və geriyə baxmır. Adam itirir yaxınlarını, O itib deyirlər geridə qalanlar.
Adamlar itir... Bax, bu ola bilməz... Niyə itib, nə səbəbdən itib, bunlar hüquq-mühafizə orqanlarının işidi. Amma inanmıram ki, hər cinayətkarı da tapıb ailəsinə sözsüz-sovsuz qovuşdursunlar. Yəqin ki, bu detallar nəzərə alınıb. O baxımdan məsələnin bu tərəfinə müdaxilə etmək istəməzdim. Amma məsələnin başqa bir tərəfinə müdaxilə etmək fikrim var. Nəyə? Bəlkə də bu məsələ hər hansı bir cinayətkarın ailəsinə gətirilməsindən daha təhlükəlidi...
“Səni axtarıram” verlişi heç də insanların acı taleyinə göz yaşı tökmək, Rusiyanın çöllərində, aclıq, səfalət içində bomj həyatı keçirən vətəndaşlarımızın halına acımaqdan ibarət deyil. Evdar xanımların müzakirə mövzusu deyil. Biz niyə ağlayırıq, nəyə sevinirik. Gəncliyi əlindən alınan millətimizin bir hissəsinin faciəvi dönüşünəmi, bir-birini axtaran insanların qovuşmasınamı, və yaxud laqeydliyinəmi. Gəlin etiraf edək ki, psixoloji məqamlarla dolu olan bu verlişin mənfi və müsbət tərəfləri kifayət qədərdi. Və təbii ki, bu normaldı. Müsbət tərəflərini görünür, kölgədə qalan tərəfləri görüb qabartmaq lazımdır. Kim istəsə bu verlişə öz prizmasından yanaşa və istədiyi kimi təhlil edə bilər. Verlişin bu yönümü tamaşaçıya məlum olduğundan mən başqa tərəfi haqqında söhbət açacağam. Gəlin bu məsələdə bir az fərqli düşünək.
Dəfələrlə şahidi olmuşuq ki, verliş boyu ekspertlərin və aparıcının israrlı suallarınn qarşısında valideynlər, yaxınlarını axtaranlar, bacılar, qardaşlar, babalar, nənələr əsl həqiqəti gizlətməyə çalışırlar. Söhbətdən bacardıqca yayınmağa maraqlıdırlar. Heç nə olmayıb... Axı, bu mümkün deyil heç nə olmasın. Bu heç nə deyilən bir şey nəsə olmalıdı axı. Amma nə? Təbii ki söhbət açacağım tərəf heç də ordakı insanların hamısına aid deyil...
Bir nüansa nəzər salaq. Studiyada yaşlı analar, atalar, bacılar, qardaşlar. Düzü ən xoşuma gələyən məqam şəkillərdən boylanan oğlanın əsgər formasında olmasıdı. Əsgər döyüşdə şəhid olar, əsgər döyüşdə itkin düşərsə anlamaq olar. Ailəsini atıb gedən, orda-burda gün keçirən adamın əsgər formasında reklam eləmək düzgün deyil, məncə...
Yəqin ki, hamının yadındadı. 1988-93-cü illər. Cəbhə bölgələrindəki vəziyyət. Hər gün, hər kəndə, hər şəhərə cəbhədən sıralanan şəhid tabutları...Mənim yadımdadı ki, o illərdə hətta toy etmirdi insanlar. Tək-tək adam toy edərdi. Ən hörmətli toy döyüşən oğlanların toyu idi. Hamının qulağı səsdə, hamı hər gün xəbər gözləyirdi cəbhədən. Səni axtarıram verlişinin efirə gedən zamanından dəfələrlə şahidi olmuşuq ki, axtarılan adamların gedişindən 1991, 92- ci illərə düşənləri də var. Nəzərə alsaq ki, o illərdə ölkədə Qarabağ müharibəsinin ən qızğın çağları, cəbhə bölgəsindən hər gün itkilər verdiyimiz günlər idi. Bu gün efirdə əyləşən anadan aparıcı, ekspertlər təkidlə soruşanda ki, nə problem var idi ailədə, əsl həqiqəti çoxları açıqlaya bilmir. Açıqlamağa utanır. Bunu nəzərdən qaçırmayaq. Bir az diqqətli olsaq, hadisələrə məntiqlə yanaşmağı bacarsaq əsl həqiqəti görə bilərik. Uzaq keçmiş deyil. Yaxın tarixdən danışırıq. Hamıya bəllidi 92, 93-cü illərdə heç kimin ağlına Rusiyada pul qazanıb maşın almaq düşməzdi. Qazanc arxasınca Rusiyaya kimsə getməzdi. Çünki, o pul heç kimə lazım deyildi, bu gün göz yaşlarını axıdan ana deyir ki, oğlum getdi maşın almağa qayıtmadı. Ancaq demir ki, mən oğlumun cibinə pul qoydum və dedim Rusiyada bir az yaşa, müharibədən uzaq ol. Və bu gün ana utanır oğlunun küçələrdən süründüyünü görəndə, çörək qırıntılarını zibillikdən yığdığını görəndə. Bu gün oğul utanır, dostlarını cəbhədə qoyub qaçdığına görə. Oğul utanır hansısa şəhid anasının gözlərinə baxa bilməyəcəyini başa düşdüyünə görə... Utanır övladının üzünə necə baxacaq deyə, arvadından utanır, mən qorxub qaçdım, səni tək buraxdım deyə. Övlad utanacaq atasının Vətəni hansı zamanda atıb getdiyini biləndə... Bax faciə bundadı, milli faciə... Bu məsələnin üzərində dayanmaq lazımdı. Bu məsələni diqqətdə saxlamaq lazımdı... Bir cinayətkarı bilmədən Vətənə qaytarmaq o qədər qorxulu olmaz. Ya yaxalanacaq, ya da yenidən cinayət edib, yenidən yaxalanacaq. Hər halda onunla bacaran tapılacaq. Amma tarix nə Vətəni dar günündə qoyub qaçanları, nə də onları görüb, göz yumanları bağışlamayacaq...

Bu xəbər oxucular tərəfindən 2025 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |