Şrift:
Üzeyir Hacıbəylinin əsərlərindən ibarət disk hazırlanır
30.08.2012 [18:07] - Afişa, Mədəniyyət
Sentyabrın 18-də Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 127 ili tamam olur. Bu münasibətlə görkəmli bəstəkarın musiqilərindən ibarət xüsusi CD hazırlanır. Bu barədə Trend Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirib ki, disk sentyabrın 18-də musiqisevərlərin ixtiyarına veriləcək.
"Albomda Üzeyir bəyin "Arşın mal alan" operettası, "O olmasın, bu olsun", "Koroğlu" operasından parçalar, görkəmli bəstəkarımızın vətənpərvərlik mövzusunda olan parçaları yer alacaq", - o deyib.
Qeyd edək ki, albomda yer alacaq mahnılar məhz Ramil Qasımovun ifasında təqdim olunur. O qeyd edib ki, Üzeyir Hacıbəylinin 127 illiyi ilə əlaqədar musiqi kollektivlərinin ifasında Üzeyir bəy və Müslüm Maqomayevin əsərlərindən ibarət böyük konsert proqramı, eyni zamanda, gənclərlə birgə "Arşın mal alan" operettasının radio versiyası hazırlanır.
Bu xəbər oxucular tərəfindən 2498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed