12.09.2019 [11:22] - İdman
Bakının ev sahibliyi edəcəyi bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasiminin sentyabrın 11-də yoxlama məşqi keçirilib.
Sentyabrın 16-dan 22-dək davam edəcək dünya çempionatında 61 ölkədən 300-dən çox gimnast mübarizə aparacaq. Çempionatın açılış mərasiminin bədii hissəsi “Şərq nağılı” adlanır. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və tamaşaçıları nağıllar aləminə səyahətə “aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş kompozisiya ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da nəzərdə tutulub. Həmçinin mərasimdə 200 yerli gimnast çıxış edəcək.
Açılış mərasimində dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.
Dünya çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı, məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.
Yarış zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı, hər kəsin sevimlisi “Qur-Qur” da tamaşaçılarla birlikdə olacaq. Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar gözləyir.
Qeyd edək ki, çempionatda ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |