Şrift:
Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlər müzakirə edilib
30.08.2012 [19:04] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində qazaxıstanlı həmkarı Yerjan Kazıxanov ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib. Türkdilli ölkələrin Zirvə görüşünün uğurlu keçdiyi qeyd olunub.
Həmçinin, tərəflər görüşdə Xəzər dənizinə aid məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 1188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed