Şrift:
Elmar Məmmədyarov: Azərbaycan şairlərinin həbsdə saxlanması İranla münasibətlərə mənfi təsir göstərir”
30.08.2012 [20:28] - Güney Azərbaycan xəbərləri
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində avqustun 30-da İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və əməkdaşlıq üçün potensialın mövcudluğu vurğulanıb.

E. Məmmədyarov Azərbaycan vətəndaşları olan şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynovun hələ də həbsdə olmasının iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdiyini İran rəsminin diqqətinə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed