13.09.2019 [10:36] - Sağlıq
Turnikdən asılma çox geniş yayılmış hərəkətdir. Ondan təkcə atletlər istifadə etmirlər. Bu hərəkət xüsusilə gimnastlar və qayaya dırmananlar arasında populyardır. AZƏRTAC tibb saytlarına istinadla turnikdən bir dəqiqə asılmanın bədənə və bütövlükdə sağlamlığa müsbət təsiri barədə məlumat verir.
Qamət və onurğa üçün fayda
Hər bir idman zalında, hər bir məhəllənin idman meydançasında və çoxlarının evində turnik var. Turnikdən asılma bədənin yuxarı hissəsinin formalaşmasına, tonusun yüksəlməsinə, kürək əzələlərinin bərabər inkişafına kömək edir. Müntəzəm olaraq turnikdən asılan insanlarda onurğa düzgün formalaşır və fəaliyyət göstərir, distrofik pozulmalar təhlükəsi azalır.
Onurğa daim təzyiq altındadır. 26 fəqərə arasında disklər amortizator rolu oyanır, lakin yük çox olanda disklər sıxılır və bu da funksiyaların və onurğanın hərəkət fəallığının pozulmasına gətirib çıxarır. İnsanda osteoxondroz, skolioz və onurğa sütunu toxumalarının digər deformasiyaları inkişaf edir.
Turnikdən asılma gərginliyi aradan qaldırır
Ayrı-ayrı fəqərələrin sıxılmasının qarşısı alınır. Onurğa sanki dincəlir. Hərəkət zamanı əzələlər qızır, qan dövranı güclənir. Damarlar da bir növ məşq edir və möhkəmlənir.
Beləliklə, turnikdən asılma aşağıdakı faydalı təsirlər göstərir: onurğa üzərində yükü bərabər paylaşdırır; fəqərələrarası diskləri rahatladır, gərginliyi götürür; qan dövranını stimullaşdırır; distrofik pozulmalar üçün profilaktika rolu oynayır.
Turnikdən asılma hətta kürəyində problemləri olan insanlara da faydalıdır. Fəqərələrarası disklərin patologiyası qığırdaq toxumalarını incəldir. Deformasiya nəticəsində qan dövranı pozulur. Yetərincə qidalanmama oynaqların pis işləməsinə, hərəkətliliyin pozulmasına, kürəkdə ağrılara gətirib çıxarır. Hər gün turnikdən asılmanın köməyi ilə bu durumu yüngülləşdirmək və yaxşılaşdırmaq olar.
Əzələlərin inkişafı üçün fayda
Atletlər turnikdən asılmanın köməyi ilə gözəl relyefli kürəyə, güclü əzələlərə sahib olurlar. Ədalət naminə deyək ki, bu hərəkət əzələlərin inkişafına bir o qədər də kömək etmir, lakin məşqlər nəticəsində formalaşmış əzələləri saxlamağa kömək edir. Razılaşın ki, turnikdən asılma əzələləri saxlamağın yetərincə sadə üsuludur.
Enlikürəkli adam turnikdən qollarını geniş açaraq asılmalıdır. Qolların geniş açılmaması sinə və qol əzələlərini işə salmağa kömək edir. Turnikdən asılma zamanı qollar düz və bükülmüş vəziyyətdə ola bilər.
Turnikdən asılma press əzələlərini möhkəmləndirməyə kömək edir. Onun səmərəliliyi hətta trenajorların səmərəsi ilə də rəqabət apara bilər. Amma bunun üçün turnikdən asılma düz vəziyyətdə olan ayaqların qaldırılması ilə uyğunlaşdırılmalıdır.
Bu hərəkət bazuönünü gücləndirir. Ən güclü atletlər turnikdən bir əllə asılmanı növbələşdirirlər. Bunun nəticəsi tezliklə özünü əl tutub görüşəndə göstərir.
Turnikdən asılma az hərəkətli həyat tərzi keçirən insanlar üçün idealdır. Gündə bir dəqiqə turnikdən asılmaqla biz özümüzü hipodinamiyanın inkişafı təhlükəsindən xilas edir, qan dövranı sisteminin sağlamlığının qayğısına qalır və əzələlərin tonusunu xeyli yüksəldirik.

Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |