30.08.2012 [20:45] - Gündəm, Hüquq
Bu gün Quba Rayon Məhkəməsində bu il mart ayının 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan daha 9 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında məhkəmə baxışı sentyabrın 12-nə təyin olunub.
Martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Qəribov Tapdıq Tacı oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, İlyasov Rəşad Tahir oğlu, Məhərrəmov Elgün Nadir oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu və Mürşüdov Rafiq Vahid oğlu və Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000-ə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.
Aksiya zamanı İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və R. Həbibova məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib. İctimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak edən 25 nəfər istintaqa cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib.

Bu xəbər oxucular tərəfindən 1408 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |