31.08.2012 [00:11] - Gündəm, İdman
“Neftçi” bu gün Avropa Liqasında son təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Apasport.az saytının Kiprə ezam olunmuş əməkdaşının məlumatına görə, qrup mərhələsinə vəsiqə qazanmaq arzusunda olan “ağ-qaralar” Kiprdə yerli APOEL-lə güclərini yoxlayacaqlar.
Qarşılaşma Bakıda Nikosiya təmsilçisi ilə 1:1 hesablı heç-heçə edən Böyükağa Hacıyevin komandası üçün heç də asan olmayacaq. Komandamız mərhələ adlamaq üçün, ya sensasion qələbə qazanmalı, ya da məhsuldar heç-heçə etməlidi.
Avropa Liqası
IV təsnifat mərhələsi, cavab oyunu
22:00. APOEL (Kipr) – “Neftçi” (Azərbaycan) - 1:3
Qollar: Benaçour, 44 - İmamverdiyev, 22, Vobay, 31, Flavinyo, 60
Baş hakim: Səid Ennjimi
Nikosiya. GSP stadionu
İlk oyun – 1:1
APOEL: 22. Dionisis Çiotis, 5. Mixal Klukovski, 7. Mario Budimir, 11. Nestarios Aleksandru, 18. Səlim Benaçour, 21. Qustavo Manduka, 23. Helio Pinto, 26. Nuno Morais, 27. H.Borda, 28. Mario Serjio, 46. Efstatios Aloneytus
Ehtiyat oyunçular: 78. Urko Pardo, 10. Konsantinos Çaralambides, 12. Aldo Adorno, 15. Marios Antoniades, 19. Marios Elia, 31. M.SouzaŞ Atos Solomou
Baş məşqçi: İvan Yovanoviç
"Neftçi": 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo,17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Baş məşqçi: Böyükağa Hacıyev
Hacıyev Bakıda meydana buraxdığı start heyətini dəyişməyərək, həmin11 futbolçuya güvənməyi üstün tutub. Ehtiyat oyunçularda isə yeganə dəyişiklik Rodriqinyonun uzun fasilədən adının protokola daxil edilməyidir. Bu, keçən yay Çempionlar Liqasında ağır zədələnən braziliyalı yarımmüdafiəçinin avrokuboklarda cari mövsümdə ilk dəfə heyətdə olmağı deməkdir. Bu dəfə gənc futbolçu Kərim Diniyev 18 nəfərlik siyahıdan kənarda qalıb.
Komandamız oyuna 2 saat qalmış qaldığı oteldən stadiona yollandı. Bu, orada bizləri gözləyən polisin müşayiəti ilə oldu. 15-20 dəqiqədən sonra stadiona çatdıq və mühafizəçilərin əhatəsi ilə arenaya daxil olduq. Onu qeyd edim ki, artıq yolda olarkən bir sıra azarkeşlərin əllərində yunan bayraqları stadiona gəldiyinin şahidinə çevrildik.
Bakılılar stadiona daxil olarkən, tribunadakı azarkeşlər fist səsləri eşidilməyə başlandı. Oyuna 1 saatdan artıq qalsa da, gərginlik aşkar hiss olunurdu. Hətta paytaxt klubunun rəhbərliyi, məşqçilər korpusu meydanda mühafizəçilərlə müəyyən məsələləri aydınlıq gətirirdilər. Görünür, Hacıyevin mətbuat konfransında ona yunan bayraqları ilə bağlı verilən suala cavab verməyi yerli azarkeşləri daha da çılğınlaşdırıb.Təsadüfi deyil ki, baş məşqçi meydanda gəzişərkən, qapıya tərəf gedərkən azarkeşlərin səsləri yüksəlirdi.
İstənilən halda, hazırda heç bir insident yoxdur və stadionun heç yarısı dolmayıb. Təhlükəsizliyə cavabdeh olanlar isə hər şeyə xüsusi diqqət yetirirlər. Görünür, Kiprin Avroliqada digər təmsilçisi olan “Anortosis”ə azarkeşlərin hərəkətlərinə görə UEFA tərəfindən texniki məğlubiyyət verilməyi onları daha diqqətli olmağa sövq edir.
Komandalar meydana daxil oldular. Azarkeşlər meydan sahiblərini alqışlarla, qonaqları fitə basmaqla qarşıladılar. Kiprli fanatlar dayanmadan mahxı oxuyurlar və komandamıza əlavə psixoloji təzyiq yaradır. Bu azmış, kiplilər bizləri qıcıqlandırmaq üçün stadiona Ermənistan bayrağı da gətiriblər. O, Kipr bayrağı ilə yanaşı qoyulub.
Oyunun iştirakçıları paltardəyişmə otağına yollanırlar. İlk olaraq APOEL bunu edir və yerıli azarkeşlər yenidən coşqulanırlar. Komandamız meydanı tərk edən zamanı isə fit səsləri az qala qulaqları deşir. Ditkor bir neçə dəfə azarkeşlərə müraciət edir və dediklərindən insident yaratmamaqla bağlı müraciət etdiyini ehtinal etmək olar. Stadionda səslənən musuqilər fanatıları özlərini daha da çılğın aparmağa stimul verir.
Oyun başladı. Topua ilk olaraq rəqib toxundu. Azarkeşlər petarda yandırır və tüstü hər tərəfə yayılır.
2-ci dəqiqədə Kanales yaxşı imkanı qaçırandan sonra Sadiqovla rəqib arasında mübahisə düşür. Hakim onları yanına çağıraraq, sakitləşdirir.
Bu dəqiqələrdə oyun rəqibin ərazi üstünlüyü şəraitində keçir. Kiprlilərin qpaıya ilk zərbəsi dəqiq alınmır. Ardından cərimə zərbəsindən hava ötürmələri dəqiq alınmır. Müdafiə xəttimizdə diqqətsizliklər təhlükəni artırır. Rəqibin baş zərbəsi üstdən keçir.
Oyunda ilk sarı vərəqəni 11-ci dəqiqədə Budimir alır. Ardlndan Mahirin sağ cinahdan hava ötürməsi qapıdan yan keçir.
13-cü dəqiqə komandamız hesabı açmağa çox yaxın oldi. Ancaq Vobayın uzaq məsafədən cərimə zərbəsindən sonra top qapı dirəyinə dəydi.
Komandamızdan ilk sarı vərəqəni 15-ci dəqiqədə Ramos kobud oyuna görə alır. Həmin vaxt yerinə yetirilən cərimə zərbəsindən sonra top qapının üstündən keçir. 17-ci dəqiqədə Vobayın dəqiq zərbəsinin qarşısını rəqib alır.
19-cu dəqiqədə Kanales Ramosun gözəl ötürməsindən təkbətək çıxmağına topu saxlaya bilməməyi mane olur.
Komandamız 22-ci dəqiqədə hesabı açdı. Cavidin ötürməsindən sonra Sadiqov topa sonuncu toxunur.Ancaq UEFA qolu Vavidin adına yazır.
Bundan sonra azarkeşlər gərginləşərək, biz jurnalistlərin üstünə qışqırırlar. Ancaq mühafizə xidməti fanatları sakitləşdirə bilir.
27-ci dəqiqədə hesabı artırmaq şansını əldən veririk. İmamverdiyevin yaxın məsafədən zərbəsi qapının üstündən keçir.
30-cu dəqqiədə Vobaydan möhtəşəm qol. Top uzaq məsafədən birbaşa qapıya gedir. Hakim ona qoldan sonra sarı vərəqə də verir.
APOEl-in hesab arasında fərqi azaltmaq üçün real imkanı olsa da, baş zərbəsindən sonra top dirəyin yanından keçir.
35-ci dəqiqədə Bertuççu sarı vərəqə alır. Oyun sakit tempdə davam edir.
Kanales qol vursa da, bu, ofsayddan olur. Ardından Cavid real imkanı əldən verir.
44-cü dəqiqədə Benaçour Bakıda olduğu kimi, müdafiəmizdəki səhvdən istifadə edərək, qol vurur. Bundan yerli azarkeşlər yenə bizlərin üstünə qalxırlar. Ancaq mühafizəçilər bunu aradan qaldırırlar.
İlk hissə başa çatdı. Fasilədə bizlərin oturduğu yuerə qoruyucu qalxanlı polislər gəlir və hazırda onların mühafizəsi ilə işimizi davam etdiririk.
İkinci hissə başlayır. Bu dəfə topu oyuna biz daxil edirik.
İlk təhlükə rəqibdən gəlir. Ancaq zərbə mövqeyindən olan Manduka sağ cinahdan ötürmədən sonra topa başla toxuna bilmir. Ardından cərimələri zərbələrindən sonra təhlükəni sovuşdura bilirik.
55-ci dəqiqədə Səlim real qol imkanını qaçırır.Bu epizodda o topa yaxşı zərbə vura bilmir.
Rəqibin təhlükəli əks-hücumunun qarşısını Mitreski vaxtında alır.
60-cı dəqiqədə üstünlüyümüza yenidən 2 topa çatdırıq. Flavinyo rəqibin səhvindən sonra topa ondan götürüb, cərimə meydanından mərkəzindən irəliyərək, fərdi ustalığı hesabına qol vurur.
Stamonkoviçin qapısın qarşısına petrada atılır və hakim oyunu dayandırır. Bir neçə dəqiqədən sonra mübarizə davam etdirilir. Diktor yenidən azarkeşlərə müraciət etməli olur.
Brunonun sol cinahdan reydindən sonra zərbəsi qapının yanından keçir.
2-ci hissənin ortasında künz cərbəsindən sonra Stamenkoviçin topu tuta bilməməyindən sonra qola Şükürov imkan vermir.
71-ci əqqiədə meydana yenidən petard atılır və hakim oyunu dayandırmalı olur. Bu anda komandamızda ilk dəyişiklik olur. Cavidi Mirhüseyn Seyidov əvəzləyir. Kiprli azarkeşlər artıq meydanı tərk edirlər.
75-ci dəqiqədə heyıtimizdə 2-ci dəyişiklik oldu. Zədələnən Vobayı Araz Abdulalyev əvəzləyir.
Kiprlilər hücumlarını davam etdirsələr də, bu, nəticə vermir. Tarixi qələbəyə çox yaxınıq.
Azarkeşlər qapıçımızın şya atırlar və hakim bunu UEFA nümayəndəsinə verir.
Komandamız 82-ci dəqiqədə azlıqda Elvin son ümid foluna görə birbaşa qırmızı vərəqə alır. Yenidən meydana petadra atılır və rəqib qapıçı bunu kənara tulalyır. Bu dəfə petarda Stamenkoviçin qapısına tərəf atılır.
85-ci dəqiqədə sonuncu əvəzləmə. Kanalesi müdafiəçi Tərlan Quliyev əvəzləyir.
Əlavə vaxt gedir. Bu zaman qapı dirəyimizə dəyir.
Oyun başa çatır və tarixi qələbəyə şahidlik edirik. İlk dəfə avrokuboklarda qrup mərhələsinin iştirakçısı olacağıq.
Mehman SÜLEYMANOV
Nikosiya

Bu xəbər oxucular tərəfindən 1786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |