16.09.2019 [10:18] - Diaspor
1918-ci il sentyabrın 15-də Bakının daşnak erməni və bolşevik birləşmələrinin işğalından azad olunmasının 101-ci ili münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olunub.
İştirakçılar Nuru paşanın abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan ictimai birlikləri tərəfindən təşkil olunan mərasimdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu Bakının daşnak işğalından azad olunmasında böyük rol oynayan Nuru paşanın və əsgərlərinin dərin sevgiylə anılmasının hər iki qardaş ölkənin vətəndaşlarının onlara vəfa borcu olduğunu bildirib.
Digər çıxış edənlər Nuru paşanın qələbədə tarixi rolundan danışıb, onun Türkiyədən Azərbaycana uzanan qəhrəmanlıq dastanından bəhs ediblər. Bildirilib ki, Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. Bakının 1918-ci ildə azad edilməsi tarixin ən böyük zəfərlərindən biri adlandırılıb. Qeyd edilib ki, aradan uzun illərin keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Tədbirdə hər iki ölkədən olan ziyalılar, tələbələr, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Günel Məlikova

Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |