Şrift:
Şəmsəddin Küzəçi: “Bu gün Kərkükdə vəziyyət olduqca ağırdır”
31.08.2012 [00:03] - Gündəm, Türk dünyası-Turan
Tanınmış Kərküklü yazar-jurnalist Dr. Şəmsəddin Küzəçi ilə müsahibə

Şəmsəddin Küzəçi: "Türkiyə-İraq münasibətləri pisləşərsə, bundan zərər görən yalnız türkmanlar olacaq"

- Şəmsəddin bəy, Kərkükdə vəziyyət necədir?

- Bu gün İraqda hakimiyyət zəifliyinin nəticəsi olaraq, Kərkükdə vəziyyət təhlükəli hala gəlib və bu vəziyyət insanları hər gün təhdid edir. Şimali İraqdakı kürd muxtar hakimiyyətinin yaranması və bu hakimiyyətin Kərkükü öz içinə daxil etmək istəyi İraq mərkəzi hakimiyyəti ilə vəziyyəti böhrana sürükləyib. Siyasi kütlələr arasında anlaşılmazlıq getdikcə xaosa səbəb olur. İraqın baş naziri Malikinin Kərküklə bağlı siyasi gedişi kütlələrə qarşı bir manevr olduğu kimi qəbul edilir.
Həmçinin, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun bu böhranlı vaxtda Kərkükə ziyarəti əsasında İraq-Ərbil kürd müxtar hökumətinin rəsmiləri ilə görüşməsi, Türkiyə-İraq arasında münasibətləri gərginləşdirmişdir.
Hazırda türkmanlər ortalıqda qalmış vəziyyətdədirlər. Maliki ilə iş birliyinə getmirlər, çünki Eyyat Allavinin dəstəklədiyi İrakiya partiyası ilə koalisiyondadırlar. Eyni zamanda Türkiyəyə vəfa borcları vardır. Və kürdlərlə də işbirliyi getmələri konsepsiyalarına cavab vermir.

- Türkiyə-İraq münasibətlərinin gərginləşməsi türkmanlara təsir edirmi?

- Bəli. Onu da əlavə edim ki, bu gün türkmanlar İraqın bütünlüyünü müdafiə edirlər. Onlar İraqın bölünməsini istəmirlər. Türkiyə-İraq münasibətləri pisləşərsə, bundan zərər görən yalnız türkmanlar olacaq. Biz hər zaman İraq və Türkiyə münasibətlərinin yaxşı olmasını istəyirik. Sonda onu deyim ki, türkmanlar İraqın bütünləşməsində qranit rolunu oynaya bilər. 

Elnur  Eltürk
Bu xəbər oxucular tərəfindən 1584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed