Şrift:
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədəki problemlərin həlli üzrə plan hazırlanacaq
17.09.2019 [15:17] - Gündəm, Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində mövcud hər bir problemin tam aradan qaldırılması üzrə plan hazırlanacaq.
Bu barədə bölgənin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bölgə rəhbərliyi problemlərin tez bir zamanda həll olunmasına çalışacaq: “Vaxt məhdudiyyəti olduğundan bölgə əhalisini narahat edən məsələlər maksimum operativ olaraq aradan qaldırılacaq”.
Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Qaxaria sentyabrın 13-də bölgə qubernatorları ilə görüş keçirib. Hökumət başçısı qubernatorlara bölgələrdə mövcud problemlərin həlli istiqamətində konkret fəaliyyət planı hazırlamağı tapşırıb.
Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed