19.09.2019 [11:43] - Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Baydar kəndinə içməli su çəkilib. Kənd əhalisinin yarıdan çoxu artıq içməli su ilə təmin olunub.
Kəndə su yerli icra hakimiyyəti və bələdiyyənin hazırladığı birgə layihə əsasında çəkilib. Layihəni həyata keçirmək üçün kənddə su-artezian quyusu qazılıb, su anbarı tikilib.
Layihənin ümumi dəyəri 174 min 170 laridir (təqribən 58 min dollar). Layihə çərçivəsində kənddəki 400 evin içməli su ilə təminatı nəzərdə tutulub. Lakin ilkin mərhələdə 230 evə içməli su çəkilib. Əhalinin qalan hissəsinin də içməli su ilə təminatı davam edir.
Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı və digər rəsmi şəxslər Baydar kəndində olub, layihənin birinci mərhələsinin başa çatması münasibətilə sakinləri təbrik edib.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |