Şrift:
Yeddi terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub
20.09.2019 [10:31] - Gündəm, Hərb
Türkiyə hökuməti terrorizmi aradan qaldırmaq üçün fəaliyyətini şaxələndirib. Bu sahədə genişmiqyaslı fəaliyyət istiqamətlərindən biri də terror təşkilatlarının sıralarındakı şəxslərlə və onların ailələri ilə danışıqların aparılmasıdır.

Hökumətin bu siyasəti ciddi nəticə verməkdədir. Təsadüfi deyil ki, təhlükəsizlik qüvvələrinə təslim olanların sayı gündən-günə artır. Hakkari valiliyinin saytında yer alan 18 sentyabr tarixli məlumata görə, 2014-cü ildə PKK/KCK terror təşkilatının sıralarına daxil olan bir terrorçu aparılan danışıqlar nəticəsində təslim olub.

Digər bir rəsmi məlumatda isə qeyd edilib ki, 4-ü qadın olan 6 terrorçu İraqın şimalındakı PKK düşərgələrindən qaçaraq Silopi rayonu ərazisində Habur gömrük-keçid məntəqəsi yaxınlığında təhlükəsizlik qüvvələrinə təslim olublar.

Könüllü təslim olan və yaxud əməliyyatlar zamanı ələ keçirilən şəxslər terror qruplaşmalarının düşərgələrində ağır işgəncə, zorakılıq və təcavüz hallarına məruz qaldıqlarını bildiriblər.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed