21.09.2019 [11:23] - Gündəm, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində 20 sentyabr - Neftçilər Günü və “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirilib.
Baş İdarədən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə-kompleksi önünə gül dəstələri qoyublar.
Dövlət himni səsləndikdən sonra tədbir iştirakçıları “Əsrin müqaviləsi”nə həsr olunmuş videoçarxı izləyiblər.
Bayram tədbirinin rəsmi hissəsində Azərbaycanda neftçıxarmanın tarixində yeni mərhələ olan, 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 13 iri neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin ictimai-siyasi həyatında rolundan danışılıb.
Neftçilər Günü və “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr edilən tədbir bədii hissə ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları gözəl ifaları və rəqsləri ilə neftçilərin peşə bayramını təbrik ediblər.

Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |