23.09.2019 [10:57] - Xəbərlər, Türk dünyası-Turan, DAVAMın yazıları
O yerlər çox uzaqdır... Ruhuna sarıldığım, hər zaman umursadığım yerlərdir. XVI-cı əsrdən sonra ruslar buranı Yakutsk adlandırdılar. Qədim tarixi mənbələrdə isə bu türk tayfasının yaşadığı yer Saxa kimi tanınıb.
Saxalar - saklar böyük bir arealda özlərinə düzən qurmuş zəngin mədəniyyətə sahib bir toplumdur. Müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biridir.
E.ə.I minillikdə Orta Asiya və Qazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi sak adlanmışdır. Onlar bu ərazilərin aborigen xalqı idilər. Çünki, arxeoloji qazıntılar onların tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət vərəsəliyi olduğunu göstərmişdir. Arxeoloji qazıntılara görə, sakların yalnız 20%-də monqoloid irqinin nişanələri var, deməli, onlar əsasən avropoid irqinə mənsub idilər. Vikiməlumatlarda qeyd olunur ki, antropoloji cəhətdən Orta Asiya və Qazaxıstanın türk xalqlarının təşəkkülündə mühüm rol oynamış saklar Altay tayfaları ilə Aralətrafı ərazinin tayfaları arasında aralıq vəziyyət təşkil edir.
Orta Asiyada yaşayan sakların bir hissəsi antik mənbələrdə massaget adı ilə məlumdur. Tarixin yazıya köçürüldüyü zamanlarda qeyd olunur ki, onların bir hissəsi eramızın əvvələrində Qafqa Albaniyasının şimal-şərqində, indiki Dərbənd və Vəlvələçay arasındakı ərazidə də yaşayırdı.
Orta Asiyadakı sakların adı e.ə. VII əsrdə yaradılmış “Avesta”da da çəkilir. Diqqəti cəlb edən budur ki, bu mənbədə saklar həm də tur, yaşadıqları ərazi isə Turan adlanır. İranşünaslar sakları İrandilli saydıqları üçün turları da İrandilli hesab edir və İran eposundakı İran-Turan müharibələrini farsların iki hissəsi arasındakı müharibə kimi qələmə verirlər. Halbuki, Firdovsinin “Şahnamə” əsərində Turan türklərin ölkəsi kimi göstərilir.
E.ə. V əsrdən başlayaraq antik müəlliflər sakları ənənəvi olaraq skiflər adlandırırlar.
E.ə. VII əsrdə (kimmerlər)in (kəmərlər) ardınca saklar (antik müəlliflərin əsərlərində skiflər) Güney Qafqaza gəlmiş, buradan da Ön Asiyaya – Manna və Midiya ərazisinə keçmişlər. Bəzi tədqiqatçılara görə, bu hadisə e.ə. 680-ci ildə baş verib. Tarixlə bağlı yeni nəzəriyyəyə görə, bu gəliş yox, dönüşdür. 5 min illik tarixin izlərinə əsasən, qeyd olunur ki, bu tayfalar Tanrı dağlarına, Yerlə Göy qübbəsinin birləşdiyi (və yaxıd yaxınlaşdığı) ərazilərə tövbə, katarsis üçün getmiş, arınaraq geri dönmüşlər. Ötükən isə bu “yorğunluğun” dinclik mərkəzi hesab olunur. Yəni, türklüyün mahiyyətində olan hər bir kəs buraya öz qiblə yeri kimi baxır. Dantenin “İlahi komediya”sında və Quranda buna işarələri tutmaq mümkündür. Herodot Midiya hökmdarı Kiaksarın hakimiyyəti illərində (e.ə. 625-584) Şimaldan skiflərin Midiyaya gəldiyini yazıb.
Sakların böyük bir hissəsi indiki Azərbaycan Respublikası ərazisində və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayıb-yaratmışlar.
Amerikada və Meksikada yaşayan qırmızıdərililər də Saxadan getmiş türklərdirlər.
Saxa-saka-sayqa maral anlamı daşıdığı haqda da bilgilər formalaşıb. Sonralar maral anlamı totemləşərək bəzi sak hökmdarların hakimiyyət rəmzi olan əsalarınn baş hissəində heykəlciklərə də çevrilib. Tarixçi alimlərin gəldiyi qənaətə görə, Azərbaycanda Şəki şəhəri Şakaşen (sakların məskəni), Zaqatala - Sakatala sakların vətəni kimi özünü ehtiva edir. Bu ərazidə tapılan qədim hökmdar qəbrlərinin bir neçəsində maral totemləri, heykəlcikləri aşakarlanaraq arxeofakt kimi elmə gətirilib.
Saxa qədim sakların ən az asimiliasiyaya uğradığı yer kimi, şamanların vətəni olaraq da tanınır. Saxaya səfərimin ilk işarəsi Platon Oyuniski ilə başladı. Onun “Qırmızı Şaman” əsərini dilimizə tərcümə edəndə artıq duyğularım bu müqəddəs yola çıxmışdı. “Ulu Kudanqsa”, “Bilgə Süleyman”, “Makedoniyalı İsgəndər”, “Olonxo sənəti” adlı hekayələr toplusunu oxuyanda bildim ki, mətni çox ağır, müəllifin çəkisi də o qədər ağır ki, hər kəs bu yükün altına çiyin verə bilməz. Müəllif Azərbaycanda və Türk dünyasında çox da tanınmayan, lakin əsərləri ilə bir türk tayfasının tarixini, mədəniyyətini yazan, ictimai dövlət xadimi, sovet yazıçısı Platon Alekseyeviç Sleptsov. Yazıçı ləqəbi isə Platon Oyunski.
Platon Oyunskinin “Qırmızı Şaman” əsərini tərcümə edib sona çatdıranda 2018-ci ilin avqust ayı idi. Həmin günlərdə “Qırmızı Şaman”ın qələmə alınmasının 100 ili tamam olurdu. Və Saxanın böyük oğlunun “Mənim ən böyük arzum yakut dilinin gələcəkdə də inkişaf edib, özünü təsdiq etməsidir; buna bütün varlığımla inanıram!” sözləri ürəyimi riqqətə gətirdi, - bu fikirlər onun oxucularına 1918-ci ilin fevral ayında etdiyi müraciətdə yer almışdı. Gözlərim doldu... Sevindim ki, Oyunskinin diləkləri çiçək açdı. Bir xalqı yaşadan onun dilidir. Oyunski doğma dildə əsərlər yazmqla, həm də Saxa (Yakut) dilini əbədiyyətə qovuşdurmuş oldu.
Platon Oyunskinin əsərləri ilə tanış olduqca, onu yaxından tanıdıqca, gözlərim qarşısında Hüseyn Cavid (Cavidin yaratdığı obrazlar) canlandı. Saxa (Yakut) sovet yazıçısı, ictimai xadim, filoloq və dilçi alim, saxa (yakut) ədəbiyyatı klassikinin həyata, insanlara, Tanrıya münasibətində o qədər eynilikləri gördüm, hərdən mənə elə gəldi ki, türk dünyasının bu iki şəxsiyyəti öz əsərlərini yazmamışdan öncə birlikdə oturub söhbət edib; lakin daha dərindən düşünəndə bir daha əmin oldim ki, Stalin repressiyalarının və qanlı siyasətinin o ağır illərində öz xalqını sevən türk oğulları yalnız Hüseyn Cavid və Platon Oyunski kimi ola bilərdi...
Taleləri bir –birinə bənzəyən bu iki tarixi şəxsiyyət Stalin rejiminin əli ilə soyuq İrkutskda öldürülmüşdü. Talelərinin oxşar cəhətlərindən biri də o idi ki, hər iki mütəfəkkir ölümlərindən sonra, 1955-ci ildə bəraət almışdılar. Və bir də, Hüseyn Cavidin qızı Turan Cavid və Platon Oyunskinin qızı Sardana Oyunski..! – Hər iki xanım öz atalarının yolunda ömrünü şam kimi əridərək, ailə həyatı qurmamışlar...
Böyük Çöldən keçib...
Gedib... Nur Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının keçirdiyi “IV Humanitar Böyük Çöl” forumunda iştirak eləmək Saxaya aparan yolumu xeyli zənginləşdirmişdi. Akademiyanın prezidenti Darkan Kıdıralı ilə forum ətrafında söhbətlərimiz bizi Mərkəzi Asiyadan Şimal Buzlu okenanın sahillərinə və Meksikaya qədər aparıb çıxarmışdı. Nur Sultandan uçub Novosibirskdə Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının Bakıdan gəlişini gözləyirdim. Novosibirskin Tolmaçev adına hava limanında kafelərin birində bir qıyıqgöz gənc oğlandan izin istəyərək, onun yanında əyləşirəm. Onunla söhbətimiz tutdu. Bildirdi ki, buryatdır. İrkutsk buryatı. Yuri Barlukov informasiya texnologiyaları mütəxəssisi idi. Konfransdan qayıdırdı. Buryat dilində bir neçə sözün mənasını öyrənmək istədikdə, dedi ki, öz dilini bilmir. Ana dilində danışmayıblar. Məktəbləri olmayıb. Söylədi ki, buryat dilində yalnız qocalar danışır. Yuri ilə dil haqqında odlu müzakirələr aparıram və mənə söz verir ki, iş-gücdən vaxt edib, tezliklə öz dilini öyrənəcək. Yurinin təyyarəsinin uçuş vaxtı elan olunanda ona bir daha deyirəm ki: “dilinizdən muğayat olun, dili olmayan xalqın özü də gec-tez tarixdən silinir”.
Xəyalımda ucsuz-bucaqsız ərazilərimizi gəzub dolaşmaqdaydım ki, Bakıdan uçan təyyarənin eniş elanı verildi. 10 dəqiqə sonra Əkbər Qoşalı ilə görüşüb daxili uçuşlar zalına keçirik. Burda canavar, at və döyüşçü heykəl kompozisiyası diqqətimizi cəlb edir. Bizə izah edirlər ki, bu Kuçum xanın dövründə bu yerlərdə quldurluqla məşğul olan Timofeyin oğlu Yermaka həsr olunub. Əsərdə Yermak bir qurdla vuruşur. Qurd əslində türk obrazıdır. Yəni əslində bu yurdların qurd yurdu olduğuna işarədir.
Yermakı Kuçum xanın döyüşçüləri öldürdükdən sonra, bu yerlərin insanları bir az azad nəfəs alırlar. Kuçum xan öləndən sonra da Sibir türkləri öz azadlıqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. Lakin bu uzun sürmür və Rus çarının qoşunları yenidən istilanı davam etdirir. Onu da qeyd edim ki, Yermaka Sibirin bir çox şəhərlərində abidə ucaldılıb.
Hə, lap unutmuşdum. Bu kompozisiyanın müəllifi 1968-ci ildə Səmərqənddə doğulmuş türk oğlu Yunis Səfərdiyardır. Hazırda Böyük Britaniyada yaşayır.
Şamanların vətənində
Səhər saat 5.00-da təyyarəmiz Saxa Yakutiya Respublikasının Platon Oyunski adına hava limanına enir. Çıxışda bizi Bakıda tanış olduğum Saxanın xalq şairi, Yazıçılar İttifaqının sədri Natalya Xarlampyeva, Saxa Yakutlarının İl Tümeninin deputatı azərbaycanlı həmyerlimiz Əliş Məmmədov, bir neçə azərbaycanlımız və əllərində çörək və kımız dolu çoronla milli geyimli qızlar qarşılayır. Platon Oyunskinin saxalılar üçün necə böyük və dəyərli şəxsiyyət olduğunu bir daha hiss edirik. Bir daha Azərbaycan dilinə çevirdiyim “Qırmızı şaman” əsərinə görə qürur hissi keçirirəm.
Yakutskın küçələrində keçirik. 2000-ci illərin solğun Azərbaycan şəhərlərinə bənzəyir. Baxmayaraq ki, Saxanın altı da, üstü də sərvətlə doludur. Bu ölkənin gümüşü, qiymətli daşları, yaqutu, cariti dünyada məşhurdur. Nə yazıqlar olsun ki, ölkənin milıi və etnik köklü-yerli sahibləri öz sərvətlərinin tam sahibi deyillər. 1992-ci ildə özünü Rusiyanın tərkibində Muxtar Vilayət kimi elan edib və tanıdıb. Buna baxmayaraq, ölkənin bütün sərvətləri rəsmi Moskvanın baş xəzinəsinə gedəndən sonra, məsləhət olunan kiçik miqdar isə Saxaya verilir. Saxa Yakutiya Respublikasında yerin təkindən almaz çıxarılmasına 19 əsrin 40-cı illərində başlanılıb. Hazırda Yakutiyanın müxtəlif yataqlarından ildə 1 milyard dollarlıq almaz çıxarılır. Yakutiyanın torpaqları almaz, qızıl, gümüş, mis, uran, neft-qazla zəngindir. Hazırda almaz və yeraltı qiymətku suxurlar kimi qeydiyyatda 1823 yataq və mədən vardır. Onlardan 834-ü qızıl yatağı, 33-ü gümüş , 82 faizi isə almaz yataqlarıdır. 16 min yataq isə hələ növbədədədir, öyrənilməmiş qalır. Yakutiyadakı yeraltı almaz və qızıl yataqlarına görə Rusiya dünyada birinci yerdədir. Bu almaz yataqlarını “Alros” adlı şirkət istismar edir. Alınan mənfəətin 25 faizi Saxa Respublikasına, 8 faizi Yakutiya bələdiyyələrinə və 24 faizi isə şəxsi şirkətlərə və fərdi biznesmenlərə məxsusdur. Tanrı türklər yaşayan torpaqların altına və üstünə bu qədər var-dövlət verdi ki, insanlar azad və firavan yaşasın. Dünyann malında-dövlətində gözü olmayan türklər isə öz sərvətlərinə sahib çıxmadılar, ona görə də sahib çıxanlar kənardan gəlib, onlara hökmranlıq etdilər. Əslində bu qədər sərvət xalqa düşmən oldu. Yakutiyanın bir respublika kimi büdcəsi az, 1 milyon əhali, 3 milyion kvadrat kilometr ərazisi var...
Görüşlərdən...
...İlk görüşümüz Saxa Respublikasının Dövlət yığıncağının İl Tümenin – yəni parlament spikerinin müavini (sonuncu seçkilərə qədər ö özü sədr idi) Aleksandr Jirkovla oldu. Sipekir müavini parlamentin deputatı Əliş Məmmədovun başçılıq etdiyi nümayəndə heyətini çox böyük sevgi və ehtiramla qarşıladı. Söhbət əsnasında bilirik ki, özü həm də tarixçidir. Ölkənin qeyri-maddi nümunələrinin, mədəni abidələrinin UNESKO-nun mədəni irs siyahısına salınmasında böyük xidmətləri olub. Platon Oyunskinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasını böyük və qürurverici bir hadisə adlandırdı. Qeyd etdi ki, bizim milli varlığımızı özümüzə qaytaran bir dahi, indi Azərbaycan dilində danışır.
Siz bizim keçmişimizi, ədəbiyyatımızı gün işığına çıxarırsınız, yeni nəslin yaddaşını itməyə qoymursunuz. Mən çox minnətdaram ki, belə bir uzaq yoldan ağır yükü götürüb bura gəlmisiniz. Və əsl vətəndaşlıq borcunu yerinə yetirmisiniz. Özü də ki, Yakutların milli bayramında gəlməyinizin bir başqa özəlliyi var. Tərcümə prosesi insanın çox vaxtını alır. Bu işlə hər adam məşğul ola bilmir. Lakin buna baxmayaraq Platon Oyunskinin irsinə müraciət etməklə, bizim xalqımıza böyük bir töhfə veribsiniz. Azərbaycanca çap olunan “Qırmızı şaman” kitabında toplanan “Qırmızı şaman”, “Qüdrətli Kudansa”, “Makedoniyalı İsgəndər”, “Bilgə Süleyman” əsərlərinin dünyəvi və fəlsəfi mahiyyət kəsb edən əsərlərdir. Bu əsərlərdə xalqın milli təfəkkürnün və milli özünüdərkin bədii çalarları toplanıb”.
Dövlət yığıncağının (İl Tümen) sədr müavuini A.Jirkov Azərbaycana olan xüsusi məhəbbətini də dilə gətirdi. Dedi ki, “biz Heydər Əliyev şəxsiyyətinə hər zaman hörmətlə yanaşmışıq. O, Türk dünyasına məxsus parlaq şəxsiyyət idi. Onun şəxsiyyət olduğu uzaqdan daha yaxşı görünür. Bilirsiniz, əfsanəni qəhrəmanlar haqqında insanlar yaradırlar. Siz doğru edirsiniz ki, Heydər Əliyev haqqında tarixi əbədiləşdirirsiniz. Xalqın içərisindən çıxan qəhrəmanları unutmaq olmaz. Biz də xalqımızın birinci prezidenti Mixail Yefimoviç Nikolayevin xidmətlərini sizin kimi qiymətləndirməyə, yaşatmağa və əbədiləşdirməyə çalışırıq”.
Aleksandr Jirkovun öz iş otağında bizim üçün açdığı süfrəyə Saxanın milli yeməkləri gəlir. Buzu açılmamış, fal-fal doğranın çiy balığın dadına baxmaq məcburiyyətində qalırıq. Əkbəri deyə bilmərəm, amma mənim xoşuma gəlir. Dost süfrəsi ətrafında spikerin müavini Azərbaycan tarixi ilə dərindən tanış olduğunu bildirir: “Sizin yaşı 100 min ildən qədim olan tarixiniz var. Bizim torpaqlar, ərazilər uğrunda hər zaman müharibələr, döyüşlər olub, onların içərisində qələbə qazananı da olub, torpağını qoruyanı da, mğlub olanı da. Siz xoşbəxtsiniz ki, indi artıq öz torpaqlarınızın, vətəninizin, taleyinizin sahibisiniz. Biz də burada öz vətənimizi sevib qoruyuruq. Düşünürük ki, dünyada Yakutiyadan gözəl yer yoxdur”.
Parlamentdə görüşümüzdən sonra şəhərlə tanışlığımız başlayır. Əliş müəllim bizi bir an da olsun tərk etmir. Sakların qurub yaratdığı Şəkidən (Sakaşen –sakların məskəni) olan Əliş Məmmədovun illərdir elə Saxada yurdlaşması təsadüfi deyil. Özünün də söylədiyi kimi, bir ruh bağı var bunda. Şəhərin mərkəzi küçələrindən birində böyük bir lövhə var. Burada ölkənin fəxri vətəndaşlarını adı yazılıb. Bizimlə birlikdə şəhər gəzintisinə çıxan Saxa Yazıçılar İttifaqının üzvü Rüstəm Kajekin gülə-gülə deyir ki, orada Əliş Zabit oğlu Məmmədovun da adı yazılıb. Əliş müəllimlə lövhənin qarşısında dayanıb bir xatirə şəkli çəkdiririk. Bu şəhərdə hansı binanın, məhəllənin yanından keçdiksə, “bunu da Əliş Zabitoviç tikib və ya onun da zəhməti var” deyə təqdim edirlər.
Yakutsk şəhərinin qədim üslubda qorunub saxlanan “içərişəhəri”nə də baş çəkdik. Buradakı kürsülü evlərin hamısı taxtadandır. Hətta avtomobil yollarına da ağac kötüklərini kəsib basdırıb, sonra üstündən hamarlayıblar. Bizdə İçərişəhərin yollarına qəmbər daşlar düzülən kimi, burada da ağac gövdələrindən yol salıblar. Tayqa meşələri bu yerlərdən öz səxavətini əsirgəmir. Saxalılar ağcaqayın ağaclarına “xatın” deyirlər. Görünür elə gəlinə bənzədiyi üçün, əsl türk adını veriblər. Saxalılar deyirlər ki, onların düzəni, həyat tərzi, rus kazakları gəlib buralara çıxandan sonra pozulub. Tarixi mənbələrdə göstərilir ki, XVII-cı əsrin əvvəllərində 1632-ci ildə Lena çayının sağ sahilində Yakutsk şəhərinin ilk kəşf edən rus kazakları bu yerlərin gözəlliyini, bərəkətini, insanlarını görüb, buradan geri dönmürlər. Sonradan isə Lena çayı boyunca Yakutsk, Jiqansk... və digər şəhərlər zəbt olunur. Silahı ancaq ov üçün nəzərdə tutulan saxalılar gəlmələrə heç bir müqavimət göstərə bilmirlər.
Saxalıların süfrə mədəniyyəti
Yakutskın “içərişəhəri”ndəki “Maxtal” adlı restoranda nahar edirik. “Maxtal” saxa ləhcəsində “Sağ ol!” deməkdir. Restoranın içərisində hər şey Saxa mədəniyyətindən xəbər verir. Natalya Xarlampyeva bizi ev sahiblərinə, ev sahiblərini isə bizə təqdim edir. Süfrə başına yığılan dostların hamısı Rusiya Fedrativ Respublikasının və Saxa Yakut Respublikasının tanınmış və məşhur yazarlarıdır. Pavel Nikolayeviç Xaritonov, ikinci adı Oyuku, nasir, şair, tənqidçi və diyarşünasdır. Oyunski adına mükafatın laureatıdır.
Vasili Yeqoroviç Vasilyev - Xarısxal – Yakutiyanın xalq yazıçısı, nasir, dramaturq və həm də araşdırmaçıdır.
Aita Efimovna Şapoşnikova—Rusiya Yazıçılar İttifaqının Böyük ədəbiyyat mükafatının laureatı, tərcüməçi publisist. Aita xanımla adımız uyğun gəldiyi kimi, sənətimiz də uyğunluq təşkil edir.
Nikolay Yeqoroviç Vinokurov - Ursun əməkdar mədəniyyət işçisi, tərcüməçi, şair, publisist –tənqidçi və Oyunski adına mükafatın laureatıır.
Yəqin ki, kişi adlarının sonrasındakı ayamalar diqqətinizi çəkdi. Bunun bir tarixçəsi və kökü var. Bütün yakutların iki adı var. Əsl ad ancaq rəsmi dairələrdə işlənir, məktəbdə, işdə, dövlət tədbirlərində. İkinci ad isə şəxsə ona görə verilir ki, əgər cin və əcinnələr, demonlar insanın başına hər hansı bir xoşagəlməz hadisə gətirərsə, incidərsə, bədbəxtlik baş verərsə, həmin ikinci adı çağırıb, ayin keçirib, pis ruhları şəxsin ətrafından qovurlar. Bunu ona görə edirlər ki, adamın atasının adını çəkməsinlər.
... Süfrədə çoronlara kımız süzülür. Sonra Stroqani-çiy buzlu balıq, çobansalatı kimi doğranıb çeşidlənmiş çiy balıqdan daha bir yemək, balıq şorbası - uxa, miniatür kasalarda və camlarda isti-isti süfrəyə verilən “Salamat”.
“Salamat”ın dadına baxırıq. Bizim firniyə və ya quymağa oxşayır. Heç bir ədviyyat qatılmayıb. Lakin dadı bir başqa aləmdir. Natalya xanım deyir ki, indi süfrəyə düzülən nemətlərin hər biri saxalıların hər günkü süfrələrində olan milli yeməklərdir. “Salamat”ı həm də doğuşdan sonra qadınlara verirlər... Bişirilmə qaydası da bizimki kimidir. Sadəcə sarıkökü və darçını yoxdur. Mətbəxdən danışınca onu da qeyd edim ki, saxalılar ən əziz qonaqlarına Çoron hədiyyə verirlər. Bu çoronların hamısının üç ayağı olur. Üç ayağın isə mənasını bilənlər bilir. Üç ayaq gücdür, qüvvədir, tarazlıqdır.
Uşaqlıq yaddaşımda bir xatirə var. Kənddə qoca kişilərin əlindən tutub aparan nəvələrinə “üçüncü ayaq” deyərdilər. Yəni dayaq. Dirəniş. Bizdə sac üç ayaq olduğu kimi, saxalılarda da çoron üç ayaqlıdır. Buradakı sak kurqan və qəbirlərindən, qədim yaşayış məskənlərindən arxeoloji qazıntılar zamanı tapılan əşyaların içərisində gildən, ağcaqayın qabığından, ağacdan düzəldilən müxtəlif ölçülü çoronlara rast gəlinir. Ona görə də bu gün Saxada rəsmi kabinetlərdə, evlərdə milli ornamentlərlə bəzənmiş gümüş, taxta və çinidən hazırlanmış çoron görərsən.
Sonra süfrəyə maral əti gətirirlər. Adətən uzaq bir ölkəyə səfər edəndə fikirləşirsən ki, bu xalqın bişirdiyi yemək ağız dadıma uyğun gələcəkmi... Saxada isə süfrəyə gələn salatlar, nemətlər bir-birndən dadlıdır. “Ye, ləzzətindən doyma”- həmişəişlək sözümüz, elə bil ki, Saxa yakutlarının süfrəsi üçün deyilib. Bu yerlərin sərt təbiətinə görə saxalılar yeməyə israfçılıq etmirlər. Kəsilən heyvanın qanını belə atmırlar. Onun bütün əzalarından istifadə edirlər. Maralın qanından kolbasa düzəldir, heyvanın içalatından və qarnından şorba bişirirlər.
Lena çayından tutduqları balığın kürüsündən də bir neçə cür yemək hazırlayırlar. Balıq onların ən çox işlətdiyi yemək məhsuludur. Yerli adamlar hətta donmuş balığın da keyfiyyətli və ya keyfiyyətsiz olduğunu onun gözünə baxanda bilirlər. Gözü parıldayan donmuş balıq payız balığıdır. Balığı dondurmaq üçün isə bir neçə dəfə suya salıb çıxarırlar. Ətrafdakı şaxtanın təsirindən balıq donur. Və şaxta balığı bişirir. İlin bütün fəsillərində onu çiy halda yeyirlər.
Süfrə ətrafında fikirlərimiz haçalanmır, birləşir, yeni ideyalar yaranır. Böyük ədəbiyyatçılar deyirlər ki, Oyunskinin Azərbaycan dilində danışması Saxada hadisəyə çevrilib. Hamı bu günü, bu görüşü gözləyirdi. İkinci adı Oyuku olan Pavel Nikolayeviç Xaritonov təssüflə bildirir ki, sovet dövründə gözəl əlaqəlırimiz var idi. Bir-birimizi oxuyur, yaradıcılığımızdan xəbər tutur, tərcümə edirdik.
“iz türkük, biz oğuzuq, biz qıpcağıq. Onsuz da bir soydan, kökdəniz. Ədəbiyyatlarımızı yenə əbədiyyətə qədər dost etməliyik ki, soyumuz, tariximiz yaşasın”.
Söhbət əsnasında onu da bilirk ki, Səməd Vurğunu bu ölkədə çox gözəl tanıyırlar. Natalya xanım deyir ki, özünə ustadsaydığı, onun şerlərinə ilk dəfə rəy bildirən, 1961-1979-cu illərdə Yakutiya Respublikasının Yazıçılar Birliyinin sədri olmuş Semyen Petroviç Danilov Səməd Vurğunla yaxın dost olub. Onun Səməd Vurğunla bağlı çap olunmayan xatirələri var.
Burada bir məqamı yazmaq yerinə düşərdi. Səməd Vurğunun ovçuluğa olan şakəri. Yeri gəlmişkən deyim ki, saxalı kişilər ov etməyi bacarmırsa, onu bacarıqsız sayırlar. Əsl saxalı balıq tutmağı bacarmalı, ov etməlidir. Qış ehtiyatını görmək üçün saxalaılar ov mövsümü üçün dövlətdən lisenziya alırlar. Buna görə internetdə onlayn növbəyə yazılmaq qaydası da mövcuddur. Ovçuluq fəsli avqust ayının əvvəlindən yanvar ayının 1-nə kimi davam edir. Hər bir saxalı kişinin üstündə xəncəri və yaxud da tiyəsi taxtadan olan bıçağı vardır. Belə bıçaqları adətən balıq tutmağa və ya ova gedəndə özləri ilə götürürlər. Bıçaqlar meşədə hər hansı bir heyvana rast gələndə qorunmaq, buz tutmuş yeri, torpağı qazmaq üçün də istifadə olunur. Bir də ki, milli paltarlarının üstündə milli atribut kimi istifadə olunur. Dəmirdən döyümüş bıçaqlar öz itiliyini uzun müddət itirmir. Bizdən fərqli olaraq, qazaxlar, özbəklər, qırğızlar kimi, saxalılar da at əti yeyirlər. Bunun üçün xüsusi bəslənmiş at və maral ilxısı saxlanılır. Qaçan, qovulan, yarış atları yemək üçün istifadə olunmur. Bu yerlərin sərt təbiətinə uyğunlaşan at və marallar həm də yaxın dostudur saxalıların. Saxalılar atı sakların dövründən həm əhliləşdirib, həm də yeyiblər. Təsadüfi deyil ki, Saxada tapılan kurqanların içərisində sahibi ilə birlikdə basdırılmış at, maral da olub. At və maral saxlamaq bu günə qədər təsərrüfatın əlverişli növüdür. Saxada qar sentyabrayının ortalarında yağmağa başlayır. Oktyabrın 14-u yağan qardan sonra çaylar və torpaq donur. Maraqlı olan cəhət ondan ibarətdir ki, saxalılar atlar üçün demək olar ki, qış tədarükü görmürlər. Soyuğa, şaxtaya öyrəşən atlar və marallar yem əldə etmək üçün dırnaqları ilə qarı eşib, payızdan qarın altında qalan otu tapıb yeyirlər.
XVII əsrdə hərbi gəmi kapitanı olmuş İosif Billinqis “Sankt Peterburqdan Oxotska və Yakutiyaya qədər səyahət gündəliyi”ndə yazırdı:
“Yakutlar uzun ömürlü olur. Kolımda bir qoca yaşayırdı 130 yaşı var idi. Onu xristianlaşdırdılar. 6 gün sonra öldü. Yakutlar tənbəlliyin nə olduğunu bilmirlər. Onlar gümrahdırlar. Bədənlərində yaralar da tez sağalır. Onlar səyahətə çıxanda şaxta-soyuqdan qorxmurlar, günlərlə açıq havada buzun üstündə yata bilirlər. Saxalı yakutlar çox ağıllı və müdrikdirlər. Güclü yaddaşları isə yəqin ki, hər zaman təbiətlə təmasda olduqlarındandır. Beyin hər zaman təmiz havadan oksigen aldığından, yaddaş zədələnmir”.
Aida Eyvazlı Göytürk

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |