Şrift:
"Cəmiyyət bu məsələlərdə Prezidentimizin arxasında dayanıb" ÖZƏL-MÜNASİBƏT
24.09.2019 [16:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Ümumiyyətlə mürəkkəb bir şəraitdə yerləşən ölkəni idarə etmək rahat məsələ deyil. Təbii ki, burada həm böyük güclərin maraqları vardır, həm də ölkəmiz bizim iradəmizdən asılı olmayaraq müharibə şəraitindədir. Yəni həm müharibə məsələlərini həll etmək, həm iqtisadi yüksəlişə nail olmaq, həm də böyük güclərin buradakı maraqları qarşısında dayanmaq üçün çox mürəkkəb iş görmək lazımdır". Bunu SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq bu gün ölkəmiz bütün bu basqıların altından salamat çıxır və artıq sözünü deyən dövlətə çevrilib: "Böyük dövlətlərin Azərbaycanda beynəlxalq tədbirləri keçirməsi, hətta qarşı-qarşıya olan boltların hərbi rəhbərlərinin burada görüş keçirməsi Azərbaycanın artıq etimad göstərilən yer olduğunu göstərir. Təbii ki, bu Prezidentin fəaliyyəti ilə bağlı olan məsələdir. Son zamanlar islahatların genişləndirilməsi, kadr potensialının yenilənməsini də bura əlavə etsək, ölkənin gələcəkdə daha ciddi uğurlara imza atacağını gözləmək mümkündür. Hesab edirəm ki, Dağlıq Qarabağla bağlı məsələlərdə də artıq diplomatik uğurlarımız onu göstərir ki, hərbi sahədə də son modern imkanları yaranıb. Prezidentimiz net şəklində bildirib ki, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması mümkün deyil”. Cəmiyyət bu məsələlərdə Prezidentimizin arxasında dayanıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed