Şrift:
“Arşın mal alan” maraqla qarşılanıb
25.09.2019 [10:20] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü. Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş edilib.

Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilib.

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, hər il teatr Ü. Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın bu ölməz əsərini repertuara daxil edir.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed