Şrift:
İstirahət günü Bakıda güclü şimal küləyi davam edəcək
01.09.2012 [12:28] - Gündəm, Bildiriş
İstirahət günü Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü bildiriblər ki, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22 isti, gündüz 25-28 isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 4-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33° isti, dağlarda gecə 8-13, gündüz 17-22 isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed