Şrift:
Fərəc Quliyev Vurğun Əyyubun vəfatı ilə bağlı başsağlığı verib
25.09.2019 [12:49] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev tanınmış ictimai-siyasi xadim Vurğun Əyyubun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:

“Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olan Vurğun Əyyub vətənin azadlığı dövlətin formalaşması və güclənməsi istiqamətində böyük xidmətləri olmuş dürüst bir şəxsiyyət idi. Müstəqillik əldə edən xalqın rüşvətsiz modern təhsil sisteminin qurulması istiqamətində dövlətin ən ağır missiyalıarından birini üzərinə götürən bu insanın həmin məsuliyyətin öhdəsindən layiqincə gəlməsi, azadlıq uğrunda verdiyi mücadilə qədər, ondan da böyük bir xidmət idi millətə, vətənə, dövlətə.

Vurğun Əyyub həm bir pedaqoq, həm bir alim, həm də bir ictimai-siyasi xadim kimi əsl ziyalı idi. Bütün həyatını da bu amala həsr etdi.

Onun bu dünyadan köcməsi xalqın itkisi oldu. Bu acı xəbər onun xidmətlərinə bələd olan hər kəs kimi bizi də dərindən sarsıtdı.

Bu ağır itgi ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk.

Məkanı Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 1987 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed