Şrift:
İran Türkiyəyə təqribən 100 casus göndərib
01.09.2012 [12:59] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
İrana işləyən 9 casusun tutulmasından sonra Türkiyə xüsusi xidmət orqanları müəyyən ediblər ki, 2012-ci ilin martından İran bu ölkəyə yaxşı təlim keçmiş daha 100 casus göndərib. Bu barədə şənbə günü Türkiyə mətbuatında məlumat verir.
Məlumata görə, casuslar Türkiyə ərazisinə jurnalist və ya səfirlik əməkdaşı bəhanəsi ilə keçiblər. Casuslar terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri ilə təmas yaradıblar, hərbi obyektlər və Suriya qaçqınları barədə məlumat toplayıblar. Casuslar əsasən ölkənin şərqi və cənub-şərqi əyalətlərində fəaliyyət göstəriblər.
Bunadək Türkiyənin İğdır əyalətində İran lehinə casusluq etməkdə şübhəli bilinən 9 nəfər saxlanılmışdı.
Bu xəbər oxucular tərəfindən 1126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed