26.09.2019 [11:50] - Mədəniyyət
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni layihəsi işıq izi görüb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” kitabı Almaniyada nəşr olunub. Antalogiyaya 800 il ərzində Azərbaycanın müxtəlif şəhərlərində yaşayıb yaratmış görkəmli qadın şairlərimizin əsərlərindən seçmələr toplanıb. Kitaba daxil olan şeirlər Azərbaycan tarixinin önəmli bir hissəsini: 1200-1991 illəri əhatə edir və əsərlərdə lirik duyğu və düşüncələrlə yanaşı, vətən həsrəti, eləcə də vətən sevgisi, el-obadan uzaq düşməyin iztirabı zərif poetik dildə təzahür edilib.
Antalogiyada Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim ağa, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və Azərbaycan ədəbiyyatında mühüm yer tutmuş digər qadın şairlərimizin şeirləri ilə yanaşı, şairələrin həyat və yaradıcılıqları haqqında məlumatlara da yer verilib. Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi Ucalıq” ön sözü ilə açılır. Kitab Almaniyada fəaliyyət göstərən Asiya Akademiyası ilə işbirliyi çərçivəsində K. Kil tərəfindən alman dilinə tərcümə edilib və Orxan Arasın redaktorluğu ilə işıq üzü görüb.
Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.
Qeyd olunmalıdır ki, “Azərbaycan qadın şairlərinin poeziya antalogiyası”, Fondun layihəsi olaraq artıq italyan dilində nəşr edilib və keçən ilin dekabr ayında ölkənin Parlamentində - Senatda kitabın təqdimatı keçirilib. Antalogiyanın digər dillərdə də çapı nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |