27.09.2019 [10:37] - Xəbərlər, Mədəniyyət
"ƏSA" Teatrı bu gün və sabah Nizami Kino Mərkəzində “Sirri Ənəlhəqq” anterprizasını təqdim edəcək.
Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.
Onun sözlərinə görə, bir neçə ay ərzində hazırlanan anterprizada Nəsimi fəlsəfəsinə yeni və maraqlı baxış ortaya qoyulub: “Anterprizada böyük mütəfəkkirin doğuluşu, biliklərini zənginləşdirmə yolu ilə kamilləşməsi, öz ideologiyasının kütləvi təbliği modern üslubda təqdim olunur. Anterprizanın ən cazibədar tərəfi isə bədii plastikadan istifadə olunmaqla, modern rəqslərin sayəsində Nəsiminin dühasının auditoriyaya çatdırılmasındadır”.
Qeyd edək ki, teatr Nəsimi dühasının böyüklüyünü, dünyəviliyini və bəşəri missiyasını modern trendlərlə təqdim etməklə, onun haqqında yeni fikirlər formalaşdırır və tamaşaçını həm düşünməyə, həm də zövq almağa dəvət edir. “Sirri Ənəlhəqq” anterprizası “Nəsimi” ilində böyük Azərbaycan dahisinə inklüziv "ƏSA" Teatrının töhfəsidir.
ƏSA Teatrının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı çərçivəsində baş tutan “Sirri Ənəlhəqq” anterprizası 2019-cu ildə ölkəmizdə qeyd olunan “Nəsimi ili” münasibətilə hazırlanıb.
Anterprizanın ideya müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, plastik işi Xalq artisti Pərviz Məmmədrzayevə, musiqi tərtibatı Vuqar Camalzadəyə məxsusdur. Rollarda Elşən Əskərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Fəziyeva, Elvin Mirzəyev, Pegah Dafe, Rəhimə Abdinova, Royal Allahverdiyev, Orxan Əliyev, Riad Sultanov, Nigar İsa, Cəmilə Məmmədli və Aysel Əliyeva çıxış edir.

Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |