Şrift:
Turizm Günü çərçivəsində regionlarda silsilə tədbirlər keçirilib
27.09.2019 [16:40] - Gündəm, DAVAMın yazıları
Sentyabrın 27-də Qubada Ümumdünya Turizm Günü və Azərbaycanda turizm işçilərinin peşə bayramı qeyd olunub.

Tədbirdə turizm sahəsi ilə əlaqəli olan 200-ə yaxın dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov regionun turizm potensialını tanıtmaq üçün bu il Agentlik tərəfindən Quba Destinasiya Menecmenti Təşkilatının yaradıldığını qeyd edib.

O, regionda turizmin davamlı inkişaf etdirilməsi üçün müxtəlif formatlı festivalların, silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Quba rayonunun böyük turizm imkanlarına sahib olduğunu deyən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev son illlər rayonun yerli və əcnəbi turistlərin ən çox üz tutduğu regionlardan birinə çevrildiyini vurğulayıb. Artıq turizmin rayonda prioritet sahələrdən biri olduğunu deyən icra başcısı dövlət tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib.

Turizm Günü çərçivəsində, həmçinin Şəki Destinasiya Menecmenti Təşkilatı da bölgədə yerləşən universitet filiallarının tələbələri ilə görüşlər keçirib.

Tələbələr üçün turizm sahəsində hazırkı və gələcək peşələr haqqında məlumatlandırıcı sessiya təşkil olununub. Həmçinin Azərbaycan Turizm Bürosu və Şəki DMT barədə təqdimat keçirilib.
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed