Şrift:
Azərbaycan bayrağının təhqir edilməsinə dözmədi./VİDEO
01.09.2012 [14:33] - Gündəm, Türkün şanlı tarixi
Ramil Səfərov 1977-ci ildə Cəbrayıl rayonunda doğulmuşdur. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 1992-ci ildə Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilmişdir. Maltəpə hərbi liseyində təhsilini uğurla başa vurandan sonra Ankarada Ali Hərbi Məktəbə daxil olmuşdur. 2001-2002-ci illərdə Gədəbəy rayonundakı hərbi hissələrin birində bölmə komandiri vəzifəsində xidmət etmişdir. 2002-ci ilin mart ayında Ali Hərbi Komandirlər Məktəbinə göndərilmiş, orada baş leytenant rütbəsinə qədər irəliləmişdir. 2004-cü ilin yanvar ayında NATO-nun proqramı çərçivəsində Budapeştdə üç aylıq ingilis dili kurslarına göndərilmişdir. 2004-cü ilin fevral ayında erməni zabitini öldürdüyünə görə Macarıstanın hüquq-mühafizə orqanları tərəfindən tutulmuşdur. 2006-cı il aprelin 13-də Budapeşt Şəhər Məhkəməsi onu ömürlük həbs cəzasına məhkum etmişdir.
Ramil Səfərov törətdiyi əməli məhkəmədə onunla izah etmişdir ki, erməni zabiti Azərbaycan xalqını və Azərbaycan dövlətini dəfələrlə təhqir etmiş, erməni zabit tərəfindən Azərbaycan bayrağının təhqir edilməsi isə Ramilin səbir kasasını daşdıran sonuncu damla olmuşdur. Ramil Səfərovun vəkilləri bu hökmün həddən artıq sərt olmasını və onun müdafiə olunmaq hüququnun pozulmasını hələ o vaxt qeyd etmişdilər. Aydındır ki, belə bir hökm çıxarılmasına erməni lobbisinin səyləri sayəsində bu məsələnin ifrat dərəcədə siyasiləşdirilməsi şərait yaratmışdı.
İslah müəssisəsində Ramil nümunəvi davranışı ilə fərqlənirdi. Bu müddətdə o, macar dilinə maraq göstərmiş və macar yazıçılarının bir neçə əsərini Azərbaycan dilinə tərcümə etmişdir.
Ramil Səfərov jurnalistlərlə söhbətində qeyd etmişdir ki, yenidən öz Vətəninə, Azərbaycan dövlətinə xidmət etməyə hazırdır. O, azad edilməsi üçün səy göstərmiş insanların hamısına təşəkkürünü bildirmişdir.
Bu gün təkcə Ramilin deyil, bütün Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaqdır. Ona görə ki, bu gün dövlətimizin gücü və nüfuzu, ölkə Prezidentinin müdrikliyi və qətiyyəti bir daha bütün dünyaya nümayiş etdirildi. Müəyyən mənada, bu gün bizim özümüzə, öz Vətənimizə və ümumi gələcəyimizə inamı artıran həqiqət anı oldu!

DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 2135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed