Şrift:
Müdafiə Nazirliyi tərəfindən Ramil Səfərova həbsdə olan müddətdə toplanmış maaşı və ev verilib
01.09.2012 [15:01] - Xəbərlər, Sosial
Macarıstandan Bakıya gətirilən və ölkə prezidentinin əfv sərəncamı ilə azad olunan Azərbaycan zabiti Ramil Səfərovun həbsdə olduğu müddətdə yığılıb qalmış məvacibi ona qaytarılıb. Bu gün Müdafiə Nazirliyində keçirilən görüşdə 8 il yarım müddətində toplanmış maaşı zabitə təqdim edilib.
Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən ona ev də verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.
Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Bu xəbər oxucular tərəfindən 1657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed