01.09.2012 [15:24] - Xəbərlər, Sosial
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Macarıstandan ölkəmizə ekstradisiya edilmiş və dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən əfv olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, bu gündən artıq mayor olmuş Ramil Səfərovla görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, Səfərovun evində keçirilən görüşdə ombudsman onu təbrik edib, xoş arzularını bildirib, atası Sahib Səfərova, ailə üzvlərinə, zabitlə görüşmək üçün oraya gəlmiş çoxsaylı soydaşlarımıza gözaydınlığı verib, sevincini bölüşüb.
Müvəkkil ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun beynəlxalq hüquq normalarına uyğun olaraq ekstradisiya edilərək Vətəni Azərbaycana qaytarılmasını və əfvini bütün xalqımız tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb. O, Azərbaycan Prezidentinin öz insanpərvərliyini bir daha təsdiqləyərək Ramili əfv etməsinin onun ölkəmizə artıq azad vətəndaş kimi qayıtmasına imkan yaratdığını və xalqımızın daha bir arzusunu reallığa çevirdiyini yüksək qiymətləndirib.
Süleymanova bu illərdə ombudsman kimi öz səlahiyyətləri çərçivəsində macar həmkarı ilə müntəzəm əməkdaşlıqda Ramilin hüquqlarının təmini vəziyyətini nəzarətdə saxladığını, dəfələrlə zabitlə görüşdüyünü, onun bəzi istək və arzularının təmin edilməsində yardımçı olduğunu söyləyib. O, Vətən təəssübkeşliyini hər zaman çəkən, ən ağır vəziyyətdə belə sarsılmayan, inamla yaşayan Ramilin artıq doğma torpağa ilk qədəm qoyduğu anda öz əqidəsinə sadiq qalaraq, dövlətinə və xalqına xidmət etməyə hazır olduğunu dəyərləndirib.
Səfərov onun ekstradisiya olunaraq Vətənə qaytarılmasında böyük səylər göstərmiş və əfv edilərək azadlığa buraxılması barədə sərəncam imzalamış Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, həmçinin özünə və ailəsinə göstərdiyi diqqətə, həbsinin ilk günlərindən onun hüquqlarının təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərən ombudsman Elmira Süleymanovaya təşəkkür edib.
Müvəkkil bu gün Azərbaycanın bütün regionlarında, habelə Macarıstanda, Niderlandda və başqa ölkələrdə yaşayan, Ramilin Vətənə qayıtması və əfv olunması ilə bağlı sevincini bölüşən soydaşlarımızın səsinə səs verərək, bir daha dövlət başçısına minnətdarlığını bildirib.

Bu xəbər oxucular tərəfindən 1452 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |