Şrift:
“Bruselyoz” mövzusunda keçirilən seminar iştirakçılarına sertifikatlar verilib
30.09.2019 [11:16] - Gündəm, Sağlıq
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda səhiyyə sisteminin modernləşdirilıməsi və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi səmərəliliyini təmin edə bilən tibbi kadrlar hazırlanması istiqamətində aparılan işlərdən biri də peşə hazırlığı kurslarının davamlı tibb təhsili sistemi prinsiplərinə uyğunlaşdırılmasıdır.

İnstitutdan verilən məlumata görə, 2019/2020-ci tədris ilində 5 və 8 günlük kurslarla yanaşı 1 və 2 günlük seminar/treninqlərin də təşkili nəzərdə tutulub.

İlk seminar yoluxucu xəstəliklər kafedrasi tərəfindən “Bruselyoz” mövzusunda keçirilib. Seminarda iştirak edən həkim-infeksionistlər, həkim-pediatrlar və həkim-terapevtlər bruselyozun müasir diaqnostikası və müalicəsi məsələləri haqqında tam məlumatlandırılıblar. Seminar iştirakçılarına davamlı tibbi təhsili fəaliyyəti üzrə kredit yığıldığını göstərən müvafiq sertifikatlar verilib.

Cari tədris ilində institutun bütün kafedralarında 1 və 2 günlük seminar/treninqlərin keçirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed