Şrift:
Türkmənistan Xəzər dənizinin qorunub saxlanması və Aral dənizinin xilas edilməsi təşəbbüsü ilə çıxış edib
30.09.2019 [11:32] - Xəbərlər, Türk dünyası-Turan
Ekologiya və ətraf mühitin qorunması məsələləri Türkmənistan hökumətinin fəaliyyətinin prioritet istiqamətləridir.

Türkmənistan Xəzər dənizinin qorunub saxlanması və Aral dənizinin xilas edilməsi təşəbbüsü ilə çıxış edib. Türkmənistanın xarici işlər naziri Rəşid Meredov BMT Baş Assambleyasının tribunasından çıxışında bu mövzuya toxunub. “Biz Aral dənizi hövzəsindəki ölkələr üçün BMT-nin xüsusi proqramının formalaşması ideyasını israrla irəli sürəcəyik”, - deyən nazir bu məsələdə marağı olan bütün tərəfləri bu mövzuda məsləhətləşmələrdə iştirak etməyə çağırıb.

Su ehtiyatlarından istifadə edilməsi problemi Türkmənistan üçün ən aktual məsələlərdən biridir. Aşqabad təkidlə bildirir ki, bu problem beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları əsasında həll edilməlidir. Nazir deyib: “Su probleminə transsərhəd çayların, su axınlarının və transsərhəd göllərin hövzələrində yerləşən bütün dövlətlərin qarşılıqlı hörməti, razılığı və onların maraqlarının nəzərə alınması əsasında həll etmək lazımdır”. Onun sözlərinə görə, Türkmənistan transsərhəd çaylar üzərində iri hidrotexniki qurğular tikilməsinin əleyhinədir, çünki belə layihələr böyük ekoloji, sosial-iqtisadi və humanitar risklərlə bağlıdır. Nazir beynəlxalq təşkilatları da su ilə bağlı məsələlərə baxılmasında daha fəal iştirak etməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed