Şrift:
Ukrayna kitabxanalarından nümayəndələr MEK-i ziyarət ediblər
02.10.2019 [10:30] - Gündəm, DAVAMın yazıları
Ukraynanın Dövlət Gənclər Kitabxanasının müdürü G.A.Saprıkinın başçılığı ilə Ukrayna kitabxanalarını təmsil edən nümayəndə heyəti AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub. Nümayəndə heyəti ilə kitabxanaların inkişafı, onların informasiya texnologiyalarına uyğunlaşdırılması sahəsində təcrübə mübadiləsi və cari vəziyyətinin müzakirəsi məqsədilə görüş keçirilib. Qonaqlar kitabxananın fəaliyyəti ilə tanış olublar, Diplomatik Fond, Nadir kitablar Fondu, Dissertasiyalar zalı və digər oxu zallarını ziyarət ediblər. Ukraynalı həmkarlar Rəqəmsallaşdırma və Açıq elektron mənbələr şöbələrinin fəaliyyətini dərindən öyrəniblər. Görüşdə MEK-in direktoru Leyla İmanova qonaqlarla Kiyev, Poltava, Xarkov kitabxanaları ilə kitabxanalararası mübadilə və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nümayəndə heyəti tərəfindən MEK-in fonduna Ukraynanın tarixi, mədəniyyəti, memarlığı və ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edilib.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed