02.10.2019 [10:35] - Gündəm, Müsahibə
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədov erməni alimlərin Azərbaycanın işğal edilmiş Qarabağ ərazisində apardıqları qanunsuz arxeoloji qazıntılar, maddi mədəniyyət nümunələrinin talan edilməsi, genetik tədqiqatlar barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
-Xəqani müəllim, işğal edilmiş torpaqlarımızda qanunsuz tədqiqatlar aparan erməni arxeoloqları hansı məqsədləri güdür?
-Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, bu işğalı müşayiət edən etnik təmizləmə, soyqırımları dövlətimiz və xalqımız əleyhinə törədilmiş cinayətlərin başlanğıc mərhələsi idi. İşğaldan sonra dövlətimiz və xalqımız əleyhinə erməni cinayətlərinin yeni mərhələsi başlandı. Bu mərhələni işğal edilmiş ərazilərdə Azərbaycan xalqının təbii, tarixi və maddi-mədəni sərvətlərinin məhv və talan edilməsi kimi qiymətləndirmək olar. İşğalçı Ermənistan Azərbaycan xalqının təbii sərvətlərinin talanması, əsasən İslam dövrünə aid tarixi maddi mədəniyyət abidələrinin böyük bir qismini dağıdaraq bu cinayətlər barədə məlumatları gizlətməyə çalışır. Amma ermənilər Azərbaycanın Daş dövrünün, Tunc və İlk Dəmir dövrlərinin, Qafqaz Albaniyası dövrünün abidələrinin qanunsuz arxeoloji tədqiqini geniş informasiya dəstəyi ilə gerçəkləşdirirlər. Bununla da işğalçı tərəf iki əsas məqsədi hədəfləyib. Birincisi, qanunsuz arxeoloji tədqiqatlara əcnəbi alimləri dəvət etməklə, həmçinin bu tədqiqatların, o cümlədən arxeometrik tədqiqatların nəticələrinin beynəlxalq elmi jurnallarda və beynəlxalq elmi konfransların materiallarında dərc edilməsi ilə qondarma “arsax respublikasını” beynəlxalq hüququn subyekti kimi tanıtsın. İkinci məqsədləri, qanunsuz arxeoloji tədqiqatlarla əldə edilmiş maddi mədəniyyət nümunələrinin, tapıntıların saxtalaşdırılmış yozumu və arxeometrik tədqiqatlarla ermənilərin bölgənin guya “aborigen əhalisi” olmasını hər bir vasitə ilə dünya elmi ictimaiyyətinə “sübut” etməkdir.
- Azıx mağarasından başqa işğal altındakı digər torpaqlarımızda da tədqiqatlar aparılırmı?
- Sözsüz ki, digər tarixi abidələrimiz də erməni işğalçılarının qanunsuz tədqiqatlarına cəlb edilib. 2017-ci ildə ermənilərin guya “qədim erməni şəhəri Tiqranakert” adı verdiyi Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində aparılan qazıntı işlərini Xankəndi Universitetinin tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Yerevan Dövlət Universitetinin tarix fakültəsinin kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan adlı erməni başçılıq edib. Bu il də həmin qanunsuz qazıntılar davam etməkdədir və Şahbulaq qalasının ətrafında antik dövrə və erkən orta əsrlərə məxsus tikililər, yeraltı sərdabalar və s. abidələr işğalçı Ermənistanın arxeoloqları tərəfindən aşkarlanıb. Məlumat üçün qeyd etmək istərdim ki, təkcə 2019-cu ildə "tiqranakert" qazıntıları üçün “arsax hökuməti” tərəfindən 18 milyon dram, təxminən 38 min ABŞ dolları ayrılıb.
Həmçinin ermənilər Kəlbəcərdə, Xankəndidə, Xocavəndin Tuğ, Şuşanın Daşaltı kəndlərinin yaxınlığındakı mağaralarda və digər ərazilərdə qədim yaşayış məskənləri, kurqan tipli qəbir abidələri, Alban memarlığı nümunələri kimi tarixi-arxeoloji abidələrdə qanunsuz tədqiqatları davam etdirməkdədirlər.
- Mövcud beynəlxalq hüquqa, qanunlara, konvensiyalara rəğmən beynəlxalq qurumlar heç bir tədbir görmürlər?
- Azərbaycanın Baş Prokurorluğu erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo, Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryus barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldıraraq İnterpol xətti ilə bu şəxsləri axtarışa da verib. Yenə erməni lobbisinin, həmçinin Qərbin ermənipərəst dairələrinin təsiri nəticəsində İnterpol faktiki terrorçuların və cinayətkarların axtarışını dayandırıb. Bu faktın özü də Qərbin ikili standartlarının təzahürüdür.
-Azərbaycan hökumətinin bu istiqamətdə apardığı davamlı siyasətinin nəticələri barədə nə deyərdiniz?
-Rəsmi Bakının bu istiqamətdə ardıcıl siyasəti öz bəhrələrini verib. 2016-cı ilin dekabrında “Qolos Armeniya” qəzetinə müsahibə verən Azıxda aparılan qanunsuz qazıntıların ermənilər tərəfindən olan rəhbəri Levon Yepiskoposyan Azərbaycan dövlətinin hətta bu sahədə onlara mane olmağı bacardığını etiraf etmişdi. Onun sözlərinə görə, ermənilər ABŞ-dakı fonddan Azıxda qazıntı aparmaq üçün külli miqdarda qrant almaq istəyirmişlər. Lakin Azərbaycan dövlətinin işə qarışması nəticəsində fond ermənilərdən arxeoloji və arxeometrik tədqiqatlar üçün rəsmi Bakının icazəsi olmadan qrant ayırmayacağını bildirdi.
Levon Yepiskoposyan müsahibəsində deyib ki, artıq Azərbaycan tərəfi bilməsin deyə, işğalçı tərəf “beynəlxalq” qanunsuz tədqiqatların maliyyəsinin həcmi və mənbəyi barədə məlumatları 2016-cı ildən etibarən məxfiləşdirib.
2017-сi ildə digər cinayətkar Hamlet Petrosyan bildirmişdir ki, “arsaxda” arxeoloji tədqiqatlara maliyyə dəstəyi lazımdır, bunun üçün Ermənistan hökuməti 5,5 milyon erməni dramı maliyyə vəsaiti ayırmalıdır, digər vəsait erməni diaspor fondlarından toplana bilər. Həmçinin bu cinayətkar qeyd etmişdir ki, Azərbaycan tərəfinin cəhdləri “arsaxda” arxeoloji qazıntıların qarşısını ala bilməsə də, bu qazıntıların Avropa və ABŞ fondları tərəfindən açıq maliyyələşməsinə ciddi maneə törədir.
- Qanunsuz arxeometrik tədqiqatlar barədə nə deyərdiniz?
- Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz arxeoloji qazıntılar zamanı əldə edilmiş müxtəlif çeşidli tapıntılar arxeometrik, yəni bioloji, fiziki-kimyəvi, genetik və digər çeşidli analizlərə cəlb edilir. Müxtəlif yönlü arxeometrik analizlər erməni lobbisinin və ermənipərəst əcnəbi siyasi dairələrin himayəsi ilə dünyanın tanınmış elmi laboratoriyalarında aparılır. Əslində bu arxeometrik tədqiqatlar da qanunsuzdur, çünki talan edilmiş və ya oğurlanmış maddi mədəniyyət nümunələrinin tədqiqini ehtiva edir.
Yuxarıda qeyd edildiyi kimi, ermənilərin guya bölgədə qədim olmasını sübuta yetirmək üçün erməni işğallarının ideoloqları arxeogenetik tədqiqatların nəticələri ilə spekulyasiyalara geniş yer verirlər.
- Arxeogenetik tədqiqatlar hər hansı xalqın və ya dilin qədim olduğunu göstərə bilərmi?
- Bu mövzunu institutumuzun şöbə müdiri Pərviz Qasımov dissertasiyasında arxeoloji nəzəriyyə problemləri kontekstində işıqlandırıb. Onun təhlilinə görə, arxeogenetik tədqiqat nəticələrinin müasir xalqlarla və ya tarixi və müasir dillərlə, hipotetik “dil ailələri və onların yayılması” kimi dilçilik elminin ehtimalları ilə əlaqələndirilməsi qeyri-elmi baxışdır və heç bir elmi əsası yoxdur. Qərb və Rusiya elmi çevrələrində dillərin kökünü genetik məlumatlarla bağlamaq istəyən pərdələnmiş irqçi məfkurəli arxeoloq və tarixçilər və onların bu mövqeyini tənqid edən həmkarları arasında ciddi mübahisələr gedir. Erməni tarixçiləri, sözsüz ki, irqçi mövqeli xarici alimləri dəstəkləyir, onların elmdəki nüfuzundan yararlanırlar.
Məsələnin aktuallığını göstərən fakt odur ki, istər Azıx mağarasında, istərsə də işğal olunmuş ərazilərimizin digər güşələrində “beynəlxalq arxeoloji və arxeometrik tədqiqatların” əsas təşəbbüskarı və rəhbərlərindən biri Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun etnogenomika laboratoriyasının başçısı Levon Yepiskoposyandır. Onun rəhbərliyi altında göstərilən Qərb və Rusiya arxeogenetikləri Ermənistanda və İran İslam Respublikasında yaşayan müasir erməni əhalisi, həmçinin həmin ölkələrdə azərbaycanlıların müasir genetik mənzərəsi ilə bağlı ciddi və şübhəli araşdırmalar aparır, işğal edilmiş ərazilərdə qanunsuz qazıntılar zamanı əldə edilmiş müxtəlif (Mezolit, Neolit, Xalkolit, Tunc, Dəmir, Antik və d.) dövrlərə aid insan qalıqlarının arxeogenetik analizlərini gerçəkləşdirir. Qeyd edək ki, ermənilərin bildirdiyinə görə, Daşaltı mağarasından tapdıqları insan qalıqlarının analizi, guya “ermənilərin ana xətti ilə genetik əcdadlarının 8-10 min il əvvəl burada yaşamasını göstərir”. Doğrudur, bu məlumat təxribat xarakterli növbəti erməni yalanıdır. Lakin qeyd edək ki, erməni dili ilə arxeogenetik tədqiqatların əlaqələndirilməsi, bununla da ermənilərin bölgədə qədimliyini göstərmək kimi elmdən uzaq mövzular yalnız hansısa bir erməni KİV-ində və ya ermənipərəst beynəlxalq KİV-də deyil, hətta Clarivate Analytics (keçmiş Thompson Reuters) analitik bazasında yüksək impakt-faktora malik “Nature” elmi jurnalında əcnəbi alimlər kollektivi tərəfindən dərc edilmiş arxeometrik mövzulu məqalələrdə də əksini tapmaqdadır.
- Arxeologiya və Etnoqrafiya İnstitutunun bu yöndə fəaliyyətini qeyd edərdiniz.
- Azərbaycan Respublikasının Qarabağ bölgəsinin işğal edilməmiş ərazilərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı tədqiqatlar, həmçinin Qarabağ arxeologiyası mövzusu ilə əlaqəli keçirdiyi yerli və beynəlxalq tədbirlərin təkrarən sadalanmasına ehtiyac yoxdur, bu barədə respublika və dünya ictimaiyyətinə ünvanlanmış geniş məlumatlar internet məkanında mövcuddur. Bu mövzu ilə bağlı müvafiq dövlət orqanlarına xüsusi məlumatların və rəylərin verilməsində institut daim iştirak edir. Digər tərəfdən, institut əməkdaşları ermənilərin qanunsuz tədqiqatlardan əldə etdikləri maddi mədəniyyət nümunələri barədə saxtakar və təxribatçı yozumlarına layiqli cavab verməkdədirlər.
Həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları işğal edilmiş ərazilərdə ermənilər tərəfindən aparılan qanunsuz qazıntıların nəticələrinin beynəlxalq elmi konfranslarda yer alması istiqamətində onların cəhdlərinin tutarlı hissəsinin qarşısını almaqdadırlar. Onu da deyim ki, müəyyən etik prinsiplərdən çıxış edərək və qarşılıqlı əməkdaşlıq perspektivlərinə maneə törədilməsin deyə, institutumuzun əməkdaşları beynəlxalq konfranslarda erməni təxribatlarının qarşısını aldıqlarını geniş ictimaiyyətə bildirmirlər. Çünki institut əməkdaşlarının təkidi ilə ermənilərin qanunsuz qazıntılar barədə məruzələrini konfrans materiallarından çıxarmış və erməni təxribatının qurbanı olmuş xarici ölkələrdəki elmi konfransların əcnəbi təşkilatçıları zərbə altında qala və gələcəkdə Azərbaycan tərəfi ilə elmi əməkdaşlıqdan ehtiyatlana bilərlər. Bu isə erməni təxribatçılarının dolayısı ilə çirkin məqsədlərinə nail olması demək olardı.
Əlbəttə, problemin əsaslı həlli işğal olunmuş torpaqlarımızın azad edilməsindədir. Azərbaycanın elmi ictimaiyyətinin nümayəndələri olaraq biz arxeoloqlar da bu günün o qədər də uzaqda olmadığına və dövlətimizin bu istiqamətdə apardığı siyasətin uğurla nəticələnəcəyinə inanırıq.

Bu xəbər oxucular tərəfindən 6139 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |