02.10.2019 [11:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılış iclasına qatılmayacaq.
“Hürriyət”in verdiyi xəbərə görə, bu barədə MHP sədrinin köməkçisi Semih Yalçın bildirib.
S. Yalçının sözlərinə görə, həkim tövsiyəsinə əsasən, MHP sədrinin müalicəsinin vaxtı uzadılıb və məhz bu səbəbdən o, TBMM-nin açılış iclasında iştirak etməyəcək.
“Dövlət Baxçalının səhhəti yaxşıdır”, - deyə MHP sədrinin köməkçisi vurğulayıb.
Qeyd edək ki, TBMM-nin açılış iclası bu gün keçiriləcək.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri D. Baxçalı Ankarada xəstəxanaya yerləşdirilib. D. Baxçalı yuxarı tənəffüs yollarının iltihablanması ilə əlaqədar xəstəxanaya müraciət edib. O, müalicəsini ev şəraitində davam etdirir.

Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |