Şrift:
İranda yenidən zəlzələ baş verib
03.09.2012 [10:56] - Güney Azərbaycan xəbərləri
Bu gün İranın Kirman əyalətinin Rudbar şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın FARS agentliyi xəbər verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 07:33-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Lakin zəlzələ əhali arasında güclü təşvişə səbəb olub və insanlar evlərini tərk ediblər.
Qeyd edək ki, ötən gün də İranın 5 əyalətində eyni vaxtda zəlzələ baş vermişdi. Xorasan Cənubi əyalətində Rixter cədvəli üzrə 5,2 bal gücündə baş verən zəlzələ digər əyalətlərdə də (Xorasan Rəzəvi, Şərqi Azərbaycan, Buşəhr və Sistan və Bəluçistan əyalətlərində) qeydə alınıb.
Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed