Şrift:
Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görülüb
04.10.2019 [09:34] - Xəbərlər, Türk dünyası-Turan
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Qazaxıstanın paytaxtı Nur-Sultanı “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görüb.

Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verir ki, Ekologiya Nazirlərinin 8-ci İslam Konfransında İslam dünyasında ekoloji problemlər və qlobal istiləşmə məsələləri müzakirə olunub.

Təbiətin qorunmasına töhfə verən ölkələrə mükafatların verildiyi iclasda, Qazaxıstanın paytaxtı Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı”na layiq görülüb.

İSESKO 2017-ci ildə “Gələcəyin enerjisi” mövzusunda beynəlxalq sərginin reallaşdığı, ətraf mühitin qorunması və “təmiz” enerjinin inkişafı sahəsində uğurlu layihələrin həyata keçirildiyi Nur-Sultanın bu mükafata layiq görüldüyünü qeyd edib.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed