Şrift:
Azərbaycandan UEFA-ya ETİRAZ
04.10.2019 [10:33] - Gündəm, İdman
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın Lyuksemburqda yerli “Düdelanj”a qarşı keçirdiyi oyunda baş verən erməni təxribatına Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da etiraz edib.
Matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Bu gün qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində “Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib.
Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç “Qarabağ”ın 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed