Şrift:
Kiyevdəki Azərbaycan Mədəniyyət Tarixi Dərnəyi milli dəyərlərimizi təbliğ edir
04.10.2019 [11:04] - Diaspor
Ukraynanın paytaxtı Kiyev şəhərində 247 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Tarixi Dərnəyi ölkəmizin milli dəyərlərini təbliğ edir. Bu barədə açıqlamasında dərnəyin rəhbəri Səfayə Naibova məlumat verib. O deyib ki, dərnək 32 azərbaycanlı şagirdi ətrafında birləşdirib. Azərbaycanın tanınmış yazıçı və şairlərinin yubileyləri, milli bayramlarımızda böyük tədbirlər keçirilir.

“Bu günlərdə Kiyevdə Azərbaycanın milli musiqinin sədaları altında üçrəngli bayrağımızın kompozisiyası təsvir edilib, Azərbaycan şerləri səsləndirilib. Bununla kiyevlilərə və şəhərin qonaqlarına Azərbaycan tanıdılır. Bundan başqa, Ukraynada doğulub böyüyən azərbaycanlılara milli-mənəvi dəyərlərimiz aşılanır”, - deyə S.Naibova əlavə edib.

Çalışdığı 247 saylı orta məktəblə Bakının 161 saylı orta məktəbi arasında əməkdaşlıqdan da danışan S.Naibova bildirib ki, hazırda məktəblər arasında təcrübə mübadiləsi aparılır.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed