Şrift:
Nazim Nəsrəddinov: - Dünya boyda dərdi var bu dünyanın......
05.10.2019 [10:27] - Gündəm, DAVAMın yazıları
Narahatam, narahat,
Yuxum qaçıb gözümdən..
Öz dərdim,özgə dərsi...
Buna necə dözüm mən?...
*
Saatın tıqqıltısı
Döyəcləyir özünü..
Səsi aləmə düşüb,
sanki görmür heç kimi...
*
Yol keçən maşınların
səsi gəlir arabir...
Düşüncələr nə qədər,
amma di gəl,yara -bir.
*
...Hərə öz işindədir,
kitablara baxan yox,
Söz deyirlər,közü yox,
yandıran yox,yaxan yox.
*
Belə getsə,zəmamə
əlifbasız qalacaq...
Ay Allah, bu dünyanın
işi necə olacaq?
***
Əlim çənəmdə qalıb,
mən gözümü döyürəm...
Günahkar adam kimi
öz-özümü söyürəmm...
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed