05.10.2019 [12:12] - Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə təbrik ünvanlayıb.Təbrikdə bildirilir:
“Hörmətli Müəllimlərimiz- Əfəndilərimiz!
Sizi 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm!
Xalqımız həmişə müəllimlik peşəsini uca tutmuş, müəllim adına böyük sayğı ilə yanaşmışdır. Böyüklərimizə və ən hörmət etdiyimiz şəxslərə müraciət forması kimi “müəllim” xitabının işlənməsi də bu yanaşmadan doğan amildir.
Müəllim insanın düşüncələrinin istiqamətlənməsində ən mühüm rolu oynadığı üçün, cəmiyyətin inkişafında ən ağır məsuliyyətin daşıyıcısıdır. Ona görə də bu məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlmək ən müqəddəs peşənin sahibi olmaq deməkdir.
Bu böyük adın daşıyıcıları olan sayqıdəyər Müəllimlərimiz- Əfəndilərimiz, Sizləri bir daha təbrik edir, missiyanıza uğurlar, yetirmələrinizlə daim fərəhlənməyi arzu edirik!”

Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |