Şrift:
“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” səfərdə məğlub olub
07.10.2019 [10:09] - Gündəm, İdman
Oktyabrın 6-da futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.

Turun sonuncu görüşü “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” və son çempion “Barselona” komandaları arasında oynanılıb. Görüş “Baraelona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya təmsilçisinin heyətində Luis Suares, Arturo Vidal, Osman Dembele və Lionel Messi fərqləniblər.

Bu qələbədən sonra xalların sayını 16-ya çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 13 xalla 6-cı yerdə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed