03.09.2012 [13:17] - Xəbərlər, Hüquq
Bu gün Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ilə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq Əlaqələr üzrə Dövlət Katibi, İqtisadi Əməkdaşlıq üzrə Macar-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının Macarıstan tərəfdən həmsədri Peter Szijjarto arasında görüş keçirilib. Bu barədə səfirin özü məlumat verib.
Səfirin sözlərinə görə, görüş zamanı Macarıstan məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan vətəndaşı Ramil Səfərovun Azərbaycana qaytarılması və hadisələrin sonrakı gedişi müzakirə edilib. Tərəflər məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll edildiyini xüsusi qeyd ediblər.
Görüşdə, həmçinin iki ölkə rəsmiləri arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsinin vacibliyi vurğulanıb, Macar-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuş növbəti iclası haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov cümə günü Azərbaycana gətirilib. O, ölkə başçısının sərəncamı ilə əfv olunub.
Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Bu xəbər oxucular tərəfindən 1648 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |